29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Futzal

Millimizin futzalçısı: “Vəziyyət düşünüldüyü qədər də ağır deyil”

“Rəqibimizin gücünü bilirdik. Təsadüfi deyil ki, bu gün Avropanın 4-cü ən güclü komandasıdır. Dünya çempionatında da kifayət qədər yaxşı çıxış etmişdilər. Düzdür, Avropa çempionatının final mərhələsinə vəsiqəni pley-off oyunlarında əldən verdilər. Rəqabətli çempionatları var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev Qazaxıstanla keçirilən yoxlama matçı haqda danışarkən deyib.

O, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında 2:9 hesablı ağır məğlubiyyəti belə şərh edib: "Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi. Çünki rəqibdən fərqli olaraq, biz Tbilisdə 2 ağır görüş keçirmişdik, üstəlik Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq. Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik. Heyətimizdə gənclər də var, təcrübəlilər də. Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidir. Oyun təcrübəsi azdır, bu cür qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək. Yenə deyirəm, vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odur ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardır ki, ona qədər hazır olmalıyıq”.

Qeyd edək ki, komandalar aprelin 15-də də üz-üzə gələcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31