Ölkə futbolu
“Kasıblar”ın lideri – “Şamaxı”
Azərbaycan Premyer Liqasının cəmi 6 tur geri qalsa da, artıq indidən mövsümün sonunda hansı komandaların ilk beşlikdə qərarlaşacağı məlumdur. Əslində, bu, hələ çempionat başlamamışdan əvvəl də bəlli idi. Mövsümün sonunda ilk beşlikdə indi olduğu kimi, “Neftçi”, “Sabah”, “Qarabağ”, “Turan Tovuz” və “Zirə” yer alacaq. Sadəcə kimin neçənci yeri tutacağı bilinmir. Bu sonluğu proqnozlaşdırmaq üçün Məşədi İbad demişkən, “Tarixi-Nadir”i yarıya qədər oxumağa, “Çto, qde, koqda” oynamağa, yaxud “Milyonçu”ya çıxmağa ehtiyac yoxdur. Bu gün Azərbaycan Premyer Liqasında ilk beşlikdə qərarlaşan klublar istər büdcəsinə, istər heyətinə görə digər yeddiliyi açıq-aşkar üstələyir. Əvvəl, çempionatda limit olduğu vaxtlarda hansısa komanda boyundan yuxarı tullana bilirdi. Bu baxımdan “Sumqayıt”ın, yaxud “Araz-Naxçıvan”ın bürünc medal qazanmasını nümunə kimi göstərmək olar. Lakin limitin ləğvi klublar arasında uçurum yaradıb.
İkinci yeddilikdə əsas mübarizə altıncı yer uğrundadır. Hansı komanda mövsümü altıncı pillədə başa vursa, mənə görə həmin kollektiv “kasıblar”ın lideri, yaxud çempionudur.
6 turdan sonra bu mübarizədə lider “Şamaxı”dır. Bölgə təmsilçisi mövsümün ilk turunda səfərdə “Qarabağ”a uduzsa da – bu da gözlənilən idi – sonradan özünü yaxşı tərəfdən göstərməyi bacardı. Azər Bağırovun komandası növbəti 5 turda səfərdə “Turan Tovuz”dan, “Qəbələ” və “Sumqayıt”dan xal aldı, Gəncədə “Kəpəz”i, son turda da öz meydanında “Araz-Naxçıvan”ı məğlub etdi. Özü də qeyd etmək lazımdır ki, “Şamaxı” cari mövsümün ilk 5 turunda oyunlarını səfərdə keçirib. Komandanın doğma meydandakı debütunu yalnız 6-cı tura təsadüf edib. Elə altıncı turdakı qələbə sayəsində də bölgə təmsilçisi fasiləyə altıncı yerdə yollana bildi.
Halbuki çempionat başlamamışdan əvvəl “Şamaxı”nın “Kəpəz”lə birgə cari mövsümün iki autsayderindən biri olacağı ehtimal edilirdi. Bunun üçün bir neçə tutarlı səbəb də var idi. Birincisi, “Şamaxı” bu gün çempionatda ən aşağı büdcəli iki komandadan biridir. İkincisi, baş məşqçi postunda dəyişiklik olmuşdu və belədə Azər Bağırov istədiyi komandanı formalaşdırmaq üçün zamana ehtiyac duyurdu. Üçüncüsü də, Dioqo Balau, Karim Rossi kimi aparıcı futbolçular komandadan getmişdilər. Lakin geridə qalan 6 tur ərzində “Şamaxı” bədbin proqnozları alt-üst etdi. Komandanın uğurlu çıxışında ən böyük sahibi isə şübhəsiz, baş məşqçi Azər Bağırovdur. Təcrübəli mütəxəssis qısa zamanda legionerlərlə gənclərin vəhdətindən əla komanda formalaşdırıb. Təsadüfi deyil ki, bu gün “Şamaxı”nın iki futbolçusu əsas, altı futbolçusu isə Azərbaycanın U-21 millisinə dəvət alıb. Yaddaşım məni aldatmırsa, bu, klubun tarixində rekord göstəricidir. Klubların legionerlərə qucaq açdığı hazırkı dövrdə “Şamaxı”nın 8 futbolçusu ölkəmizin əsas və U-21 yığmasına dəvət alırsa, məşqçi işinə biganə qalmaz olmaz. Təkcə elə Edqar Adilxanovun adını çəkmək kifayətdir. Düzdür, gənc futbolçu Ayxan Abbasovun dövründə “Şamaxı”dakı çıxışı ilə tanınıb, özünü göstərib. Lakin ötən mövsümün sonlarında 21 yaşlı futbolçu bir qədər kölgəyə çəkilmişdi. Azər Bağırovun gəlişi ilə o, yenidən parlaq oyunu ilə seçildi və layiqli şəkildə əsas milliyə dəvət aldı.
Azər Bağırovun “Şamaxı”dakı işi həm də “İmişli”, “Şəfa” kimi klublara nümunədir. Təcrübəli mütəxəssis sübut edir ki, daha aşağı büdcə ilə həm yaxşı kollektiv formalaşdırmaq mümkündür, həm də Azərbaycan futboluna xidmət etmək, gəncləri əsas və U-21 yığmasına qazandırmaq. Təbii ki, bunun üçün istək olmalıdır. Yox, sən pulu, komandaya daha çox legioner transferi düşünəcəksənsə, futbola yox, başqa məqsədlərə xidmət etmiş sayılırsan...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
08.11.2026
07.11.2026
06.11.2026
























