Ölkə futbolu
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Niderlandın "Tvente" klubunu qəbul edəcək.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Öncə "Sabah"ı təbrik etmək istəyirəm. Çox böyük uğur əldə etdilər. Çempionlar Liqası yenidən bizim gözəl Bakıda olacaq. Bizə gəldikdə, çox vacib oyuna çıxacağıq. Çox yaxşı və baxımlı futbol göstərən komandaya qarşı oynayırıq. Maraqlı oyun olacaq. Hər iki tərəfdən gedişlər olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hazırlığımız pis keçməyib.
- "Qarabağ" indiyə qədər səfərdə qalib gəlibsə, yalnız birində uğursuz olub. "Tvente" APOEL qədər təhlükəlidir?
- APOEL və "Tvente"ni fərqləndirmək çətin olar. O qədər də asan cavab veriləsi sual deyil. Çünki fərqli komandalardır, bizim də fərqli komandamız var idi. Belə oyunlarda rəqibdən çox özümüzü dəyərləndirmişəm ki, hansı səviyyədəyik. İstənilən dəyişiklikləri oyunun gedişində edə biləcəyik? Sağlam olmayan oyunçularımız var. Bir oyundur. İstənilən nəticə ola bilər. Amma belə şeylərə çox da önəm vermirəm, səfərdə udduqdan sonra evdə cəmi bir matçda uduzmuşuq. Belə fikirlər mənə mane ola bilər. Hamımız bu oyuna fokuslanmışıq. Meydanda çox diqqətli olmalıyıq. Rəqibin hücum xəttində potensiallı oyunçular var.
- Müstəqillik dövründə kritik oyunlarda 3 matçda yerli futbolçular qol vuraraq, növbəti komandasını mərhələyə çıxarıb. Nəriman Axundzadə, Bəhlul Mustafazadə, Tellur Mütəllimov... Legionerlərin çox olduğu dövrdə azərbaycanlıların qol vurması təsadüfidir, yoxsa yerlilərin xarakterini göstərir?
- Buna ancaq sevinə bilərik. Təsadüf deməzdim... Bəlkə bu, onların alın yazısıdır. İllərboyu əldə olunan uğurlara geri dönəndə, onların adı çıxacaq. Azərbaycanlıların burada olması sevindiricidir. Hər bir oyunçunun üzərinə düşən məsuliyyət var, layiqincə öhdəsindən gəlirlərsə, buna böyük dəyər verə bilərik. Futbolçuları da ayrı-ayrılıqda təbrik edirəm. Bəzən oyunçular davamiyyətli olmurlar, az oyuna çıxırlar, bəzən unudulurlar.
- Səfərdə qalib gəlmisiniz. Bu cür oyunlarda sizin üçün əsas təhlükə nədir?
- Təhlükə bizim hesabda öndə olmağımızdır. Rəqib daha ciddi hazırlaşacaq. Hesabda öndə olmağımız bizim üçün əlavə üstünlükdür. Niderland çempionatında avrokubokların pley-off mərhələsində oyunlar olmur. Bu, komandaların yaxşı hazırlaşması üçündür. Rəqib bir həftəni yaxşı hazırlaşıb. Təhlükə gözləmirik. Bizim özümüzün oyuna necə fokuslanacağımız çox vacibdir. "Tvente" mənim üçün çox maraqlı, baxımlı futbol oynayır. Özüm də belə futbol xoşlayıram, sistematik, hər hücum, hər addım düşünülmüş... Gedişatda daim oyunun içində olmalıyıq.
- Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Ehtiyac yaranarsa, Hikmət Cəbrayılzadə və Əli Bəşirov oyunun ağırlığına psixoloji cəhətdən hazırdırlar?
- Hikmətdə problem olmaz. Çünki nə qədər vaxtdır bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə olanda, həyəcanı hiss olunurdu, bu da sevinc həyəcanı idi. Hansısa risklərə getmişik, hansısa böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.
- "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir?
- Tapşırıqlar mütləq olacaq. Bəzi səhvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə çox inanmıram. Oyunlarını təhlil etmişik, daha çox meydanda olan heyətləri var. Bir həftə yaxşı vaxtları olub. Bizdə də ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir.
- Musa Qurbanlının sabahkı matçda start heyətində yer alması realdır?
- Bu gün məşqimiz var. Ola bilər ki, sabah səhər son məşqimizi edək. İstənilən oyunçunun meydanda olmaq şansı var. Musa son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Zədədən sonra xeyli dəyişiklik olub. Daha da yaxşı olmasını istəyirik. Gözləyirik. Oyunçunun da buna ehtiyacı var. Çünki get-gedə tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar. Bu, bizim üçün problemdir. Amma inkişaf üçün sıçrayışdır. "Sabah"ın uğurlu nəticəsindən sonra inanmıram ki, Azərbaycanın istənilən klubuna avrokuboklarda elə-belə yanaşsınlar. Bunun faydası olacaq, ziyanı yox.
- Dieqo Rosanın "Qarabağ"a gələ biləcəyi iddia edilir...
- Bilmirəm. Ola bilər. Olmaya da bilər. Çox oyunçular var. Hər gün hansısa adlar gedir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























