28 Noyabr 2026, Şənbə
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Ölkə futbolu

“Sabah” artıq 20 milyon avrodan çox qazanıb

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması klubun büdcəsinə böyük məbləğdə gəlir gətirib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı təmsilçisi turnirdə indiyədək ən azı 20 milyon 175 min avro mükafat əldə edib.

Pley-offda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə məğlub etməsi “Sabah”a bir gecədə 11 milyon avrodan çox əlavə qazanc gətirib.

Çempionlar Liqasının Liqa mərhələsinin 36 iştirakçısının hər birinə 18,62 milyon avro ödənilir. “Sabah” Liqa mərhələsini sonuncu – 36-cı pillədə başa vursa və bir xal qazanmasa belə, əlavə 275 min avro əldə edəcək. Klub əmsalı və yayım bazarı ilə bağlı ödənişlərdən isə Bakı təmsilçisinin minimum 1,28 milyon avro qazanacağı gözlənilir.

Məbləğ bununla da məhdudlaşmaya bilər. Liqa mərhələsində hər qələbəyə görə 2,1 milyon avro, hər heç-heçəyə görə isə 700 min avro mükafat nəzərdə tutulub.

Müqayisə üçün, “Sabah” pley-offda “Hapoel”ə uduzaraq Avropa Liqasına düşsəydi, klubun indiki mərhələdə ümumi qazancı təxminən 8,97 milyon avro olacaqdı (haqqin.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30