5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Ölkə futbolu

“Qarabağ” - “Dinamo” oyununun biletləri satışa çıxır

"Qarabağ"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletlər bu gün satışa çıxacaq.

Futbolxeber.az saytının klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, biletlər saat 12:00-dan satışda olacaq.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Komandaların ilk oyunu isə bu gün Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30