5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.

Futbolxeber.az saytına Peşəkar Futbol Liqasından verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klublar hüquqi baxımdan əvvəlki klubun PFL üzvlüyünü saxlayır, onun varisi sayılır və yarışlarda iştirakla bağlı əvvəlki bütün hüquq və öhdəlikləri öz üzərinə götürür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30