5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi

“Sabahın Ulduzları” tunirin iştirakçı komandaları arasında dəyişiklik olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bakı Futbol Federasiyası Təşkilat Komitəsi açıqlama yayıb.

Əvvəlcə bildirilib ki, “Sabahın Ulduzları” U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FİFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.

Qeyd olunub ki, “Şəfa”nın heyətində 2011-ci il təvvəllüdlü futbolçuların olmadığını və klub akademiyasının yeni formalaşdığını nəzərə alaraq “Şəfa”nın müraciətinə əsasən, komandanın “Sabahın Ulduzları” yarışlarında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.

U-15 yaş qrupunda yarışlara  "Şəfa"nın əvəzinə "Rekord" komandası buraxılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30