Ölkə futbolu
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
"Belə bir əlamətdar gün "Turan Tovuz" klubu, ümumiyyətlə Azərbaycan futbolu üçün çox əlamətdar hadisədir. Demək ki, ölkəmizdə futbol inkişaf edir. Demək, ölkəmizdə idman inkişaf edir. Əvvəllər şirkətləri cəlb etməkdə çox çətinlik çəkirdik. İndi futbolumuzla paralel maliyyə dəstəklərimiz də şaxələnib".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O, jurnalistlərə müsahibəsində əvvəlcə klubun yeni əməkdaşlıq müqaviləsindən danışıb: "Biz xüsusən sponsorluq məbləğinin gizli qalmamasını istədik. Bu, digər şirkətlərə də stimul olacaq. Digər klublara da ruh verəcək. Onlar da sponsor cəlb edə biləcəklərini görəcəklər. Məncə, əlamətdar gündür və belə bir gündə bizimlə birlikdə olduğunuza görə hər birinizə təşəkkür edirəm".
- Niyə "Turan Tovuz" bu yay cəmi iki yeni futbolçu transfer etdi?
- Bizim planlarımız var idi. Danışdığımız çox vacib oyunçular oldu. Məlum hadisə ilə əlaqədar planlarda bəzi dəyişikliklər etməli olduq. Uzun müddət apardığımız danışıqlar... Bilirsiniz də, avrokuboklarda iştirak etmək oyunçular üçün əlavə stimul idi. Bizdə alınmadı, ona görə planlarımızda dəyişiklik oldu. Minimum daha iki transfer nəzərdə tuturuq və heyətimizi gücləndirməyə davam edəcəyik.
- "Məlum hadisə" dediniz. Mümkünsə, o barədə bir az geniş danışaq.
- Bu gün keçmiş haqqında danışmayaq. Gəlin gələcəkdən danışaq. Biz bu gün keçmiş haqqında düşünmürük, xoş şeylər haqqında danışmağı planlaşdırırıq. Çünki keçmişə baxsaq, orada çox ilişib qalacağıq. Ancaq qabağa, ancaq irəli. Bu tədbirin bir mahiyyəti də ondan ibarətdir ki, biz həvəsdən düşməmişik. Daha enerjili, yeni qüvvələrlə yarışın içində olacağıq. Hamıya elan edirəm: bu ilki hədəfimiz çempionluqdur. Ən azından mövsümün sonuna qədər çempionluq yarışının içində olmaqdır. Mən hesab edirəm ki, keçən ildən daha güclü, daha dinamik, daha keyfiyyətli "Turan" görəcəyik.
- "Qarabağ"la bacara biləcəksiniz?
- Bacara bilməyəcəyimizi düşünsəydik, bu gün burada olmazdıq.
- Dünən Aziz Yıldırımla görüşdünüz. İstərdik bununla bağlı danışasınız.
- Çox əlamətdar və məhsuldar görüş oldu. "Fənərbaxça" klubu bizim təklifimizi, dəvətimizi qəbul edib. Artıq idarə heyəti Azərbaycanda oyunun keçirilməsi ilə bağlı qərar qəbul edib. Sadəcə, biz çox istəyirik ki, oyun Tovuzda olsun. Amma həm bizə gələn çoxsaylı azarkeş tələbləri, həm də "Fənərbaxça" azarkeşlərinin müraciətləri var. Stadionumuz çox balacadır, tutumunu hələ artıra bilməmişik. Ona görə müzakirələrimiz oldu ki, görüş yerinin Bakıya dəyişdirilməsi mümkün olar, ya olmaz. Bunları müzakirə etdik. Yaxın günlərdə bununla bağlı yekun qərar verəcəyik.
- Ortaq məxrəcə gəldiniz?
- Ortaq məxrəcə gəlmişik. Oyun sentyabrın 20-si ilə oktyabrın 10-u arasında olacaq. Çox istəyirik ki, şəhidlərimizin anım gününə həsr edək. Oradan əldə ediləcək vəsaiti də xeyriyyə məqsədilə fondlara köçürməyi planlaşdırırıq.
- "Fənərbaxça" ilə əməkdaşlıq yalnız bir yoxlama oyunu ilə kifayətlənəcək, yoxsa akademiyalar və başqa sahələri də əhatə edəcək?
- Xeyr, xeyr. Oyunçu mübadiləsi haqqında da görüşlərimiz olub. Akademiyanın inkişafı, "Fenerium" mağazalar şəbəkəsinin təcrübəsindən faydalanmaq, bərabər addımlar atmaq, "Turan Fenerium" layihəsi ilə həmin təcrübədən yararlanmaq... Tək bir yoxlama oyunu ilə kifayətlənməyəcəyik. Bilirsiniz ki, "Fənərbaxça" bizim üçün çox əlamətdardır. Azərbaycanın beynəlxalq arenada ilk təmsilçisi olan "Turan" məhz ilk oyununu da "Fənərbaxça"ya qarşı keçirib. Ona görə bunun bizim üçün mənəvi dəyəri çox böyükdür. Yeni sponsor şirkətimizin də bu görüşlərin təşkilində böyük əməyi olub.
- Azərbaycan futboluna gələn sponsorların adətən ən böyük problemi odur ki, əsas söz sahibi olmaq istəyirlər. Bu yöndə danışıqlar ağır keçmədi ki?
- Yox, elə bir iddiaları olmadı.
- Futbol klublarımızda 5 milyon dollar, 15 milyon dollar həcmində sponsorluqlardan söhbət gedir. Bu 2 milyon dolların açıqlanması xoş oldu. Və istiqamətiniz üzrə...
- İstiqamət paralel şəkildə davam edəcək.
- Məsələn, akademiyaya daha çox vəsait nəzərdə tutulub?
- İstiqamət paralel şəkildə davam edəcək. Akademiyaya çəkdiyimiz xərclər, hesab edirəm ki, Azərbaycanda ilk iki yeri bölüşür. Həddindən artıq yüksək xərclərimiz var. Dövlət proqramında nəzərdə tutulan məbləğdən 4-5 dəfə artıq vəsait xərcləyirik. Orada bir az nəzarəti gücləndirib, hansı işləri daha faydalı görə bilərik, hansı təcrübələrdən yararlana bilərik, bunları müzakirə edəcəyik. 500-dən çox tovuzlu və bölgə gənci bizdə məşq edir. Birlikdə analiz edəcəyik. Bəlkə say həddindən artıq çoxdur, bir az məhdudlaşdırıb keyfiyyətə daha çox üstünlük vermək lazımdır. Biz futbolun populyarlaşması üçün böyük saylara üstünlük verdik. Bu gün məqsədimiz təkcə oyunçu yetişdirib satmaq deyil. Bölgədə futbol daha da populyar olsun. Çünki 500 uşağın gəlməsi onların ailə üzvlərinin, gələcəkdə özlərinin və övladlarının "Turan" azarkeşi olması deməkdir. Biz gələcəyə yönəlik düşünürük. Amma indi beynəlxalq təcrübədən faydalanmağın vaxtının gəldiyini düşünürük.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























