Ölkə futbolu
Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
2 gün əvvəl “Araz-Naxçıvan” yoxlama oyununda “İmişli” ilə üz-üzə gəlirdi. Əvəzedici heyətə qarşı keçirilən görüşü nəzərə almasaq, bu, yenilənmiş Naxçıvan klubunun ilk sınağı idi. Bu səbəbdən də komandanı iş başına görmək üçün Bakı Olimpiya Stadionuna (BOS) üz tutduq.
BOS-un ehtiyat meydançasında baş tutan matçda ilk diqqəti çəkən “İmişli”nin məşq formasında meydana çıxması idi. Bir anlıq göz önünə ötən mövsüm bölgə təmsilçisinin oyun formasında məşq etməsi gəlirdi. Belə çıxır ki, bir il ərzində “İmişli”də müəyyən dəyişiklik olub. Hər halda əvvəl oyun formasında məşq edirdilər, indi isə məşq formasında oyuna çıxırlar...
Qayıdaq “Araz-Naxçıvan”a. Cavid Hüseynov start heyətində demək olar ki, əksər aparıcı üzvlərə şans vermişdi. İlk “11-lik”də həm ötən ildən komandada qalan Tərlan Əhmədli, Bruno Franko, İssouf Paro, Mustafa Əhmədzadə, Patrik Andrade, Şarl Boli var idi, həm də yeni transferlərdən Rövlan Muradov, Mara Mohamed, Abdallah Sudi, Alberto Qarsia Fernandes.
İkinci hissədə Cavid Hüseynov bütövlükdə heyəti dəyişdi. Komanda əsasən baxışda olan və əvəzedici heyətdən cəlb edilən gənclərlə mübarizə apardı. Eləcə də yeni transferlərdən Alexandro Herrera, Auqusto Da Silva və Ceyhun Nuriyevi iş başında görmək mümkün oldu.
Gələcəkdə əsas heyət üzvünə çevrilmək şansı yüksək olan Luka Dumançiç zədəsini təzəcə bərpa etdiyi üçün, sabiq “Neftçi”li
Mamadu Kane isə 3 aya yaxın meydana çıxmadığı üçün fərdi şəkildə məşq edirdilər.
Görüş 2:2 hesabı ilə yekunlaşdı. “Araz-Naxçıvan”ın heyətində ilk hissədə Mara Mohamed, fasilədən sonra isə Ceyhun Nuriyev fərqləndi. Hər iki qol baxımlı alındı. Mara cinahda fərdi reyd edərək, Nuriyev isə uzaqdan baxımlı zərbə ilə rəqib qapısına yol tapdı.
İlk diqqəti çəkən Cavid Hüseynovun daim yarımmüdafiədə görməyə alışdığımız Rövlan Muradovu sağ cinah müdafiəçisi kimi sınaması idi. Muradov ümumilikdə yeni mövqedə heç də pis təsir bağışlamadı.
Birinci 45 dəqiqədə nəinki “Araz-Naxçıvan”ın, ümumilikdə meydanın ən yaxşısı Mara idi. Qvineyalı vinger öz cinahında demək olar ki, istədiyini edirdi. Bu tempdə davam edəcəyi halda, Maranın qarşıdakı mövsümdə rəqiblər üçün ciddi başağrısına çevriləcəyini proqnozlaşdırmaq olar.
Fasilədən sonra isə meydanın mərkəzində yeni transferlər Ceyhun Nuriyev və Alexandro Herrera diqqəti daha çox çəkirdilər. Yuxarıda qeyd etdiyimiz kimi, Nuriyev baxımlı qola imza atdı. Bəstəboy kolumbiyalı isə vuruşqanlığı ilə seçilirdi.
Ümumilikdə, “Araz-Naxçıvan” gələcəyi ümid verdi. Klubun büdcəsinin 50-60 faiz azaldılmasından sonra çoxları Naxçıvan klubunun qarşıdakı mövsümdə autsayderlər sırasında olacağını ehtimal edirdi. Lakin gördüklərimiz tam əksinə oldu. Büdcə azaldılsa da, Naxçıvan klubunun uğurlu seleksiya apardığını söyləmək mümkündür. Əsas çatışmazlıq müdafiənin mərkəzi ilə bağlıdır. Dumançiçi iş başında görməsək də, Paro necə deyərlər, həminki Parodur. Ona görə də “Araz-Naxçıvan” ötənilki səhvləri təkrarlamamaq üçün mütləq daha bir müdafiəçiyə ehtiyac duyur. Elə istər oyun ərzində söhbətləşdiyimiz klub rəsmiləri, istərsə də matçdan sonra baş məşqçi Cavid Hüseynov daha bir transfer reallaşdırmaq istədiklərini bildirdilər. Əminliklə demək olar ki, həmin transfer reallaşarsa, Naxçıvan klubu qarşıdakı mövsümdə əksər favoritlərə başağrısı ola bilər. Komandanın hazırkı potensialı 5-6-cı yerlər uğrunda mübarizə aparmağa imkan verir. Bir daha qeyd edək ki, ötən mövsümlə müqayisədə klubun büdcəsi 50-60 faiz azaldılsa da, seleksiya prosesinin düzgün aparılması gələcəyə ümid verir.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
16:00
Daha 3 komanda 1/8 fnalda
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:30
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:31
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
09:20
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununa çıxır
-
09:15
“Qarabağ” “Dinamo” ilə üz-üzə
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
28.10.2026
27.10.2026
























