5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

"Neftçi"nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun İntizam Komitəsinin qərarlarından verdiyi şikayətlərə baxıb.

Futbolxeber.az saytının məlumatına görə, tribunalın qərarına əsasən, paytaxt təmsilçisinin bir şikayəti təmin edilməyib, digəri isə araşdırma üçün təxirə salınıb.

Belə ki, Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən "Neftçi" - "Turan Tovuz" matçında azarkeşlərin hakimləri kütləvi şəkildə təhqir etməsinə görə tətbiq olunan 8000 manat cərimə qərarı öz qüvvəsində qalıb. Buna səbəb həmin halın cari mövsümdə artıq 5-ci dəfə təkrarlanması olub.

Bundan başqa, sözügedən matçda "ağ-qaralar"ın azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klubun 15 000 manat cərimə edilməsi barədə şikayətə baxılıb. Lakin əlavə sübutların toplanması və araşdırılması zərurəti yarandığı üçün bu məsələ üzrə yekun qərarın verilməsi təxirə salınıb.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30