29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu

Ölkə futbolu

Kurban Berdiyev: "İmişli" qapımıza zərbə vura bilmədi"

"Bu gün qol imkanlarımız oldu. Sadəcə olaraq onları vura bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Amma biz bu gün iki xalı itirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 22-ci turunun "İmişli" (0:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını da cavablandırıb:

- Coş Ginelli və İbrahima Vadjinin CV-si yaxşıdır. Onların meydanda sizə xeyir verməsi üçün nə qədər zamana ehtiyacı var?

- Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq.

- Qarşıda kubokda "Kəpəz" və çempionatda "Neftçi" ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır oyuna çıxmaq nə dərəcədə futbolçuları yora bilər?

- Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.

- Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?

- Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31