Ölkə futbolu
“Neftçi” bəyanat yaydı: “Qapımıza son 4 topu məhz hakimlər “vurub”
"Neftçi" klubu Azərbaycan Premyer Liqasında keçirdikləri oyunlarda hakim qərarları ilə bağlı bəyanat yayıb.
Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun bəyanatında deyilir:
Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” - “Neftçi” qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi. Baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və “Neftçi”nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn “siqnal”la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.
Buna bənzər epizod 16-cı turda “Karvan-Yevlax”la görüşdə də yaşanmışdı. Birinci hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə “Neftçi”nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun “havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini”, dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.
“Şamaxı” - “Neftçi” görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, əllərindən görmədiyi rəqibə qarşı qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.
Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə “Şamaxı” ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.
Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən “səssiz” yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı... Maraqlıdır ki, “Neftçi”nin qapısında gördüyü son 4 topu məhz hakimlər “vurub”. Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən “Karvan-Yevlax” oyunundakı penalti, “Kəpəz”lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və “Şamaxı” ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.
Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin “gözündən yayınan” az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən “Neftçi”nin qapısına qol vurulur.
Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.
Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.
Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.
“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:35
Millimiz Mozambikə qalib gəldi
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
29.10.2026
28.10.2026
27.10.2026
























