20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Aleksandr Mostovoy: “Rusiya klubları “Qarabağ”dan güclüdür”

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy yerli klubların səviyyəsini Azərbaycan çempionu “Qarabağ”la müqayisə edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə o, “Sovetski sport” qəzetinə müsahibəsində bildirib.

Mostovoyun sözlərinə görə, mövcud format və legioner limiti Rusiya klublarına Avropa səhnəsində daha iddialı olmağa imkan verərdi:

“Hazırkı format və 15 legionerlə “Zenit”in Çempionlar Liqasının pley-off mərhələsinə çıxacağına şübhə yoxdur. ÇSKA da avrokubokların pley-offuna yüksələrdi. Bizim klublar “Kayrat” və “Qarabağ”dan güclüdür, amma əlbəttə ki, üzərində işləməli məqamlar var”.

Qeyd edək ki, FIFA və UEFA-nın tətbiq etdiyi qadağaya görə Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlarda iştirak edə bilmirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30