5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Ölkə futbolu

Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”

“Qarabağ”ın üzvü Emmanuel Addainin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”u çətinliklə məğlub etdiniz. 1:0 hesablı qələbə barədə nə deyə bilərsiniz?

- Fantastik oyun idi. Qarşılaşma çox çətin keçdi. Hər iki komanda aqressiv oynadı. Bizim üçün vacib matç idi, mütləq qalib gəlməli idik. Çox şadam ki, istəyimizə çatdıq.

- “Liverpul”a məğlubiyyətdən sonra bu görüşə psixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?

- Xeyr. Düzdür, heç kim istəməzdi ki, “Liverpul”a böyük hesabla uduzaq. Lakin rəqibin gücü məlumdur. Yolumuza davam edirik. Qarşıdakı matçlara köklənməliyik.

- Bir gün əvvəl “Zirə”ni məğlub edən “Sabah” xal fərqini 7-yə çatdırmışdı. Bu məqam “Turan Tovuz”la görüşdə üzərinizdə təzyiq yaratmırdı?

- Üzərimizdə heç bir təzyiq yoxdur. “Sabah”la hələ oyunlarımız var. Qarşıdakı matçlarda nəyə qadir olduğumuzu göstərəcəyik. Biz ən yaxşı olmağa çalışırıq. Hədəfimiz yalnız birinci yerdir.  

- Qarşıdan “Şamaxı” ilə ardıcıl iki oyun gəlir...

- Elədir. Əvvəlcə kubokda, sonra çempionatda üz-üzə gələcəyik. Rəqib heç də zəif deyil. Oyunlara maksimum köklənəcəyik. Məqsədimiz hər iki görüşdə qələbə qazanmaqdır.

- “Qarabağ”ın Çempionlar Liqasındakı pley-offdakı rəqibi “Nyukasl” oldu. Həmin matçlardan gözləntiləriniz nədir?

- Çempionlar Liqasında daha da irəli getməyi arzulayırıq. Lakin rəqib çox güclüdür. Əlimizdən gələni edəcəyik.

- Şansları necə dəyərləndirirsiniz?

- Nəsə demək çətindir. Oyunda görəcəyik.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31