27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

"Neftçi"də məşqçi təyinatları

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinatlar olub.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində “Nazilli Belediyyespor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “İkas Eyüpspor” klublarında çalışıb.

32 yaşlı Fuad Əsədov isə əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandada çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarında da işləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31