6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Kurban Berdiyev: “Bu, utancvericidir”

"Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra "Sabah" qələbə qazandı. Bu səhvləri etməməli idik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sabah"a 1:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətin əsas səbəbini müdafiədəki kobud səhvlərlə əlaqələndirib. O, taktiki yanlışlıqlara yol verdiyini də etiraf etməkdən çəkinməyib:

"Desək ki, məşqçi səhv etmir, doğru olmaz. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi, bunun nəticəsində rəqibin istifadə edəcəyi boşluqlar çox oldu".

Berdiyev rəqibi analiz etdiklərini desə də, sərgilənən oyunun "Turan Tovuz"un əsl siması olmadığını qısa və konkret şəkildə "Xeyr" deyərək təsdiqləyib.

Baş məşqçi azarkeşlərin onun ünvanına səsləndirdiyi "istefa" şüarlarına və komandanın durumuna isə belə münasibət bildirib:

"Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31