Ölkə futbolu
Davam edir... hakim biabırçılığı
Azərbaycan Premyer Liqasının 8-ci turu da hakim səhvləri olmadan ötüşmədi. Əslində bu, artıq ənənə halını alıb. Hər turdan sonra oyunların nəticələri, keyfiyyəti, qalır bir kənarda, əsas müzakirə mövzusu hakimlik olur.
Bu tur ədalət qoruyucularından narazı qalan klubların sırasına “Qəbələ” də qoşuldu. Əyalət təmsilçisi sosial şəbəkə hesabı vasitəsi ilə etirazını bildirib. Görüntülərdən də görünür ki, klubun narazılığı tam haqlıdır. “İmişli”nin futbolçusu Ronaldo de Souza aşkar şəkildə topa əllə toxunur. Matçın baş hakimi İnqilab Məmmədov isə həmin epizodda cərimə zərbəsi təyin etsə də, nədənsə braziliyalı müdafiəçiyə vərəqə göstərmir. Halbuki Souza qəsdən əllə oynayaraq hücumun qarşısını alır və bu, birmənalı şəkildə vərəqədir. Buna qədər matçın əvvəlində cəzalanan futbolçu həmin epizodda ikinci sarı vərəqə ilə meydandan qovulmalıydı. Lakin İnqilab Məmmədov Souzaya güzəşt edir və yekunda bu, “Qəbələ”nin xal itkisi ilə nəticələnir. Çünki 58-ci dəqiqədə meydandan qovulmalı olan Ronaldo 74-cü dəqiqədə komandasının ilk qolunu vurur. Sonradan daha bir dəfə fərqlənən “İmişli” yekunda meydanı 1 xalla tərk edir. Uzun sözün qısası, hakim səhvi “Qəbələ”ni qələbədən edir...
“Turan Tovuz” - “Qarabağ” oyununda Sami Mmaeyə 24-cü dəqiqədə göstərilən sarı vərəqə də narazılıq doğurdu. Qapıçı ilə təkbətəyə gedən hücumçunu yıxdığı üçün “Qarabağ”ın müdafiəçisinə qırmızı vərəqə də göstərmək olardı. Sadəcə Kevin Medinanın epizoda yaxın olması bir qədər mübahisəyə yol açır...
Hakimliklə bağlı digər narazılıq “Neftçi” - “Araz-Naxçıvan” matçında yaşandı. Stadiona toplaşan azarkeşlər 90 dəqiqə ərzində meydanda əla mübarizəyə şahidlik etsələr də, hakimlərin idarəçiliyi ilə oyunun keyfiyyəti tərs mütənasib idi. Fərid Hacıyevin rəhbərlik etdiyi hakimlər briqadası işinin öhdəsindən lazımınca gələ bilmədi. Buna qədər “Neftçi” son turlarda açıq-aşkar hakim səhvlərindən əziyyət çəkirdi. İstər “Sabah”la oyunda verilməyən penalti, “Turan Tovuz”la görüşdəki qırmızı vərəqə, “Zirə” ilə matçdakı penalti və s. Əminliklə söyləmək olar ki, “Neftçi” ən azı 3 oyunda hakim səhvlərinə görə xal itirmişdi. Amma bu dəfə eyni halın yaşanma ehtimalı yüksək deyildi. Çünki gəzən şayiələrə inansaq, hakimlər başda “Sabah” olmaqla bir neçə klubun xeyrinə qərarlar qəbul edirlər ki, “Araz-Naxçıvan” da o “qrup”a aid deyil. Bu səbəbdən də “Neftçi” - “Araz-Naxçıvan” görüşündə hakimlərin ədalətli idarəçiliyinə ümid böyük idi.
Gəl ki, artıq ilk dəqiqələrdən bu ehtimal özünü doğrultmadı. Fərid Hacıyevin xırda follarda belə qərarları mübahisə doğururdu. Referi stadionunun ikinci mərtəbəsindən açıq-aşkar görünən epizodlarda yanlış qərarlar qəbul edirdi. İstər “Neftçi”nin, istərsə də “Araz-Naxçıvan”ın xeyrinə. Bu da futbolçularda aqressiya yaradırdı. Məsələn, Felipe Santosun 28-ci dəqiqədə sarı vərəqə aldığı epizoddakı kobud oyunu birbaşa hakim qərarlarının doğurduğu aqressiyadan irəli gəlirdi. Hakimlərin oyuna damğa vuran qərarı isə “Neftçi”nin ikinci qolu oldu. Stadiondan oyunu izlədiyimiz mövqedən epizod ofsayta oxşayırdı. Hakim də dərhal əlini havaya qaldıraraq qolu qeydə almadı. Lakin sonradan top hesaba alındı. Videoyazıdan epizodla bağlı 100-də 100 dəqiq fikir bildirmək çətindir. Sadəcə məsələ ondadır ki, matçın gedişində VAR-ın işləmədiyi deyilmişdi. Sonradan problemin aradan qalxdığı söylənsə də, matçın sonuna qədər həmin epizodun xətli görüntüsü yayımlanmayıb. Əgər VAR işləyirdisə, niyə xətli görüntü təqdim olunmayıb? Yox, VAR işləmirdisə, hakim qolu necə hesaba aldı? Belə çıxır ki, hakimlər “Zirə” ilə oyundakı günahlarını yumağa çalışırlar? Elədirsə, bunda “Araz-Naxçıvan”ın günahı nədir? Ümumiyyətlə, VAR niyə işləmir axı? Eyni problem “Zirə” - “Neftçi” matçında da yaşanmışdı. Hakim şəkillərə baxıb “Neftçi”nin qapısına penalti təyin etmişdi. Fikrimizcə, bu epizodda ən yaxşı mövqedə olan yan xətt hakimi idi. O da ofsayt qərarı qəbul etmişdi...
Beləcə, qələbəni əldən verən “Araz-Naxçıvan” liderliyə yüksəlmək şansından da məhrum oldu. İndi necə olacaq, belə çıxır ki, gələn tur da hakimlər “Araz-Naxçıvan”ın könlünü alacaqlar? Rəqibin “Sabah” olduğunu nəzərə alsaq, bu, mümkünsüzdür... “Araz-Naxçıvan”, ən yaxşı halda “Karvan-Yevlax”la oyunu gözlə...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























