Ölkə futbolu
“Liqanın adından asılı olmayaraq, futbol heç vaxt gözəl və cəlbedici oyun statusunu itirmir”
“Səbail”in icraçı direktoru Firuz Abdullanın müsahibəsi
- “Səbail” beş turdan sonra 13 xalla ikinci pillədə qərarlaşıb. Komandanın çıxışından razısınız?
- Qeyd etdiyiniz kimi, 13 xalla 2-ci pillədə qərarlaşmışıq. Görülən işin keyfiyyətinə yalnız rəqəmlərlə qiymət verilməsinin heç də həmişə tərəfdarı olmasam da, müəyyən məqamlarda bu, qaçılmazdır. Komandanın çıxışını qənaətbəxş qiymətləndirmək olar. Amma daha yaxşısını əldə edə bilərik. Komandanın bunun üçün potensialı var.
- Neçə illik Premyer Liqa təcrübəsindən sonra aşağı dəstədə mübarizə aparırsınız. Nə kimi fərqlər hiss edirsiniz?
- Söhbət birbaşa məndən gedirsə, Birinci Liqada ikinci mövsümü keçirirəm. "Səbail" yeni təsis olunduğu dövrdə Birinci Liqada çıxış edərkən də klubda təmsil olunurdum. Necə deyərlər, Birinci Liqa köhnə-yeni tanışımdır. Oxşarlıqlar və fərqliliklər axtarası olsaq, bu və digər mənada müxtəlif məqamları qeyd edə bilərik. Buraya infrstrukturdan tutmuş oyun keyfiyyətinə qədər çoxsaylı məsələləri daxil etmək olar. Amma oyunların keçirildiyi liqanın adından asılı olmayaraq, futbol heç vaxt gözəl və cəlbedici oyun statusunu itirmir.
- Bu dönəmdə I Liqada hansısa çətinliklə üzləşmisinizmi?
- Üzləşdiyimiz çətinliklər cari işlərin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərdir və bunu məhz Birinci Liqa ilə əlaqələndirmək istəməzdim. Belə bir deyim var ki, iş varsa, səhvlər də qaçılmazdır. Bu ifadəni azacıq dəyişərək "iş varsa, çətinliklər də ortaya çıxacaq" şəklində deyərdim. Çətinliklərin həlli isə iş öhdəliyimizdir.
- "Səbail"dən başqa I Liqada çempionluğa iddialı digər klublar da var. Hansı komandanı özünüzə daha yaxın rəqib hesab edirsiniz?
- Qarşısına qoyulan məqsəddən, heyətindən və büdcəsindən asılı olmayaraq, liqadakı digər 9 komandanın hər biri bizim üçün ciddi rəqibdir. Unutmaq olmaz ki, qarşılaşdığın rəqibin adı və ya turnir cədvəlində tutduğu yerdən asılı olmayaraq, qazanacağın qələbə üçün 3 xal əldə edirsən. Yəni liderlə də, autsayderlə də oyunlar mahiyyət etibarilə fərqlənmir.
- Sanki I Liqa komandaları "Səbail"ə qarşı daha motivasiyalı meydana çıxırlar. Siz necə düşünürsünüz?
- Bəli, keçirdiyimiz bütün oyunlarda rəqiblərimiz bizə qarşı daha motivasiyalı, daha əzmkar mübarizə aparıblar. Təbii ki, burada psixoloji amillər xüsusi rol oynayır. "Səbail" 8 mövsüm Premyer Liqada çıxış edib, bu müddətdə bir dəfə avrokuboka da vəsiqə qazanıb və cari şempionatda qarşısına yenidən Premyer Liqaya yüksəlmək vəzifəsi qoyub. Bütün bu sadalananlar və bəlkə də qeyd etmədiyim hər hansı digər nüanslar bizə qarşı oyunlarda rəqibləmizin daha istəkli olmasına rəvac verir. Bu bizi qorxutmur, əksinə, komanda üçün əlavə stimuldur.
- IV turda "Şimal"la oyunda komandanızın qolu sayılmamışdı və nəticədə 2 xal itirdiniz. Ümumiyyətlə, I Liqada hakimliyin səviyyəsi sizi qane edirmi?
- Təəssüf ki, futbol səhvlərdən xali oyun deyil və bu oyunun bütün iştirakçıları vaxtaşırı səhvlərə yol verirlər. Hakimlər də bu baxımdan istisna deyil. Qeyd etdiyiniz qarşılaşmada hesaba alınmayan qolumuzun tam olaraq qaydalar çərçivəsində vurulduğu qənaətindəyəm. Bununla belə, Şamaxıda itirdiyimiz 2 xalın məhz həmin epizoda bağlanması fikri ilə razılaşa bilmirəm. Daha məsuliyyətli olmalı və bəzi məqamlarda analoji səhvlərin fövqündə dura biləcək işlər görməliyik ki, sonradan bir səhvin "yaxasından yapışmalı" olmayaq. Amma hakimlərimiz də çox diqqətli olmalıdır. Çünki onların yol verəcəyi hansısa yanlışlıq komandaların müqəddəratı mənasında çox ciddi rol oynaya bilər. Onu da qeyd edim ki, bu mövsüm iki səfər oyunu keçirmişik və hər iki qarşılaşmada oyunun nəticəsinə təsir edən hakim səhvi ilə üzləşmişik. Bir məqamı siz sualınızda qeyd etdiniz. "Difai" ilə qarşılaşmada isə oyunun son dəqiqələrində lehimizə açıq-aşkar penalti təyin olunmamışdı. Doğrudur, sonda qələbə qolunu vura bildik, amma hər şey başqa cür də yekunlaşa və xallar itirə bilərdik. Ümid edirəm ki, digər oyunlarda mümkün qədər az hakim səhvləri ilə üzləşəcəyik.
- VI turda əsas rəqiblərinizdən biri olan "Şəfa" ilə üz-üzə gələcəksiniz. Oyundan gözləntiləriniz nədir?
- Növbəti turda maraqlı oyun, əsl futbol rəqabəti, hər iki komandanın futbolçularının simasında ciddi mübarizə əzmi görmək istəyərdim (Sport24.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























