20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında cari mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 6 qarşılaşmada 24 qol vurulub.

"Şamaxı" - "Kəpəz" (1:4) və "Sumqayıt" - "Karvan-Yevlax" (4:1) oyunlarında 5, "Neftçi" - "Araz-Naxçıvan" və "İmişli" - "Qəbələ" (hər ikisi 2:2) matçlarında 4, "Turan Tovuz" - "Qarabağ" (1:2) və "Sabah" - "Zirə" (3:0) qarşılaşmalarında 3 qol vurulub.

Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.

Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/2022 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.

Qeyd edək ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda "Sabah" - "Zirə" (3:3), "Şamaxı" - "Neftçi" (3:2), "Səbail" - "Qəbələ" (0:2) və "Sumqayıt" - "Qarabağ" (0:4) görüşləri baş tutub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30