26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

III MDB Oyunları: U-16 millimiz finalda

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunlarında ikinci oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31