7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Fernandu Santuş: “Axı nəyə görə istefa verməliyəm?”

“Azərbaycan millisi ilə müqavilə müddətim davam edir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Portuqaliyalı mütəxəssis böyük hesablı məğlubiyyəti belə şərh edib: "İlk hissədə yaxşı müdafiə oluna bildik. İstəyirdik ki, müdafiədən oynayaraq əks-hücumlara bel bağlayaq. İlk hissənin sonlarında künc zərbəsindən qol buraxdıq. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Təəssüf ki, ikinci qolu buraxdıqdan sonra komanda tamamilə özünü itirdi”.

O, istefa vermək barədə düşünmədiyini bildirib: “Mənim Azərbaycan millisi ilə müqavilə müddətim davam edir. AFFA məni istefaya göndərmək istəsə, bu barədə danışa bilərik. Axı nəyə görə istefa verməliyəm?” (“Report”)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31