Ölkə futbolu
Qurban Qurbanov: “Müdafiədən oynamaq düşüncəmiz yoxdur”
“Hamımız bu oyunun önəmini bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək, əzmkarlıq da öz yerində. Sabah çox yaxşı rəqibə qarşı mübarizə aparacağıq. İlk oyundakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən buna arxayın olmamalıyıq. Rəqib də bizim üçün ağır rəqibdir. Hər halda "Ferentsvaroş"un riskə gedəcəyini bilirik. Biz bunu da nəzərə almalıyıq. Çalışmalıyıq ki, sona qədər oyundan qopmayaq, soyuqqanlılığımızı qoruyaq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
Daha sonra isə mütəxəssis jurnalıistlərin suallarını cavablandırıb:
- Sabah “Qarabağ”ın daha çox qol buraxmamağı düşünəcəyini, sırf nəticə üçün oynayacağını gözləmək olarmı?
- Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza görə olub. Heç vaxt bundan əl çəkməmişik. Müdafiədən oynamaq düşüncəmiz yoxdur. Sabah bacardığımızı etməyə çalışacağıq. Bizim məqsədimiz həmişəki kimi baxımlı futbol oynamaqdır. Biz oyunu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Bizi hansı problem gözləyə bilər, bunu deyə bilmərəm. Sabah rəqibin hansı təzyiq göstərməsinə komanda hazır olmalıdır.
- Psixoloji tərəfdən belə oyunlara futbolçuları hazırlamaq çətindirmi?
- Bu, ən vacib detallardan biridir. İlk oyundan sonra çoxları bizi qalib kimi görür. Mən futbolçularla daha çox bu yöndə danışıram. Ən birinci yerdə duran psixoloji hazırlıqdır. İnanıram ki, bu işin öhdəsindən gəlmişik və futbolçular da nə edəcəklərini bilirlər.
- 8 il əvvəl “Kopenhagen"lə görüşdən sonra Çempionlar Liqasının qrup mərhələsinə düşdünüz. Onda daha rahat idiniz, yoxsa indi?
- Məşqçilik karyerası elədir ki, rahatlıq mümkün deyil. Amma inam çox önəmlidir. O vaxt da inam var idi, indi də. Amma rahatlığımız yoxdur.
- Azarkeşlərə sözünüz var?
- Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlik etməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də. Onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.
- Nəriman Axundzadənin durumu nə yerdədir?
- Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.
- Hakim təyinatı (fransalı baş hakimi Kleman Tyurpen - red.) bir qədər müzakirəyə səbəb olub. Bu müzakirəyə, narahatlığa əsas var?
- Mən tərəfdən narahatıq yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi... Hansı ki, Çempionlar Liqası və Avropa Liqasının finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyyətini, oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatlıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də mənim və ya komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.
- "Ferentsvaroş" Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?
- Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivlərdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentalitetdə idi. Robbi Kin kimi tanınmış futbolçunun isə hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hansısa fikir bildirsəm ki, əvvəlki güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımızda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılmaq istəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.
- Mətbuatda belə bir xəbər yayıldı ki, “Qarabağ”ın yeni transferi (Kamilo Duran - red.) bu gün Bakıya gələcək. Bu transfer xəbəri doğrudur?
- Bəli, doğrudur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Zirə”də gözlənilməz ayrılıq
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
-
15:21
Dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacağıq
-
14:37
"Kəpəz"də yeni müqavilə
-
14:05
“Turan” heyətini kubalı voleybolçu ilə gücləndirib
-
13:52
Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
-
13:16
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
-
12:48
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
-
12:23
Zamiq “Şemrok Rovers”ə qarşı oynadı
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
05.08.2026
04.08.2026
























