5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Joni Montiel rəsmən “Qarabağ”da

“Qarabağ” yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Joni Montielin (Jonathan Monitel Caballero) keçidi rəsmiləşib.

Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” bunadək dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31