22 Iyun 2026, Bazar ertəsi
"Qarabağ" Avstriyaya yollandı
Zlomisliç rəsmən “Qarabağ”da
Bədavi daha bir 1 il “Qarabağ”da
“Zirə”dən yeni qapıçı transferi

Ölkə futbolu

“Bizi “Aris”lə ağır oyun gözləyir”

"Araz-Naxçıvan"ın kapitanı Ürfan Abbasov UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsində keçiriləcək "Aris"lə (Yunanıstan) ilk matç haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında deyib: “Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq”.

Müdafiəçi bildirib ki, rəqib yaxşı təhlil olunub: “Baş məşqçi onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Ü.Abbasov yay hazırlıq toplanışından da söz açıb: “Türkiyə Superliqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30