6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

U-21 millimizin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Ayxan Abbasov Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün heyətdə 26 futbolçu saxlayıb.

Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Zirə"), Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Mingəçevir"), Nadir Orucov ("Sumqayıt"), Amin Rzayev ("Qarabağ"), İbrahim Ramazanov ("Qəbələ"), Ayxan Süleymanlı ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Sənan Muradlı ("Sumqayıt"), Rüfət Abbasov ("Şamaxı"), Oruc Məmmədov "Səbail"), İbrahim Hacı ("Qarabağ"), Dinamin Bağırov ("Turan Tovuz"), Şahin İbrahimov ("Sabah"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə), Edqar Adilxanov ("Şamaxı"), Emil Süleymanov ("Qəbələ"), Elcat Məmmədov ("Baltika", Rusiya), Sadiq Baqiyev ("SKA Xabarovsk", Rusiya), Sadiq Şəfiyev ("Kəpəz"), Nihat Mehrəliyev ("Qarabağ"), Ağadadaş Salyanskiy ("Neftçi").

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31