24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Bəla bizim komandanın oyunundadır"

“Komandamın oyunu haqqında nəsə demək çətindir. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyundan sonra “Rəvan”ın baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qış fasiləsində mütləq güclənməli olduqlarını qeyd edib: “Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdır. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdır. Komandanın heyətində dəyişikliklər qaçılmazdır. “Simurq” hər bir cəhətdən bizdən üstün oynadı. Uduzmağı bacarmaq lazımdır. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadır. Komandam, sanki, donmuş futbolçulardan ibarətdir. Oyunumuzda nə fikir,  nə də hərəkət var idi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31