28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

“Zirə” gümüş medalı təmin etdi

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib. 

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 1 matç keçirilib.

Turun açılış matçında "Zirə" öz meydanında "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Bununla da, Rəşad Sadıqovun komandası xal sayını 67-ə çatdırıb və turnir cədvəlində 2-ci yeri təmin edib.
 
Xatırladaq ki, "Zirə" ötən mövsüm də çempionatın gümüş medalını qazanmışdı. 
 
Qeyd edək ki, "Qarabağ" artıq çempionluğu rəsmiləşdirib.

Azərbaycan Premyer Liqası

XXXIII tur

2 may

“Zirə” - “Turan Tovuz” - 1:0

Qol: Salifu Suma, 48

Qırmızı vərəqə: Qismət Alıyev, 58 ("Zirə")
 
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.

Zirə İdman Kompleksinin stadionu

3 may

17:00. “Şamaxı” - “Səbail”

19:30. “Araz-Naxçıvan” - “Sabah”

4 may

18:00. “Qarabağ” - “Sumqayıt”

20:00. “Neftçi” - “Kəpəz”

Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol, Salifu Suma ("Zirə") - 12 qol, Cesse Sekidika ("Sabah"), Davit Volkov ("Zirə") - 10 qol








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28