24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Milinko Pantiç: “Revanş almalıyıq”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç sabah Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən Pantiç səfərə qələbə üçün yollandıqlarını vurğulayıb: “Çox çətin və narahat olduğumuz rəqibə qarşı oynayacağıq. Xüsusilə, “Qəbələ”nin ön xəttinə çox güclü oyunçular cəmləşib. Ümumi heyətə baxanda isə hamısı oynadığı mövqedə güclüdü. Amma “Bakı” olaraq Qəbələyə ağ bayraq qaldırmağa getmirik. İlk dövrənin açılış oyununda “Qəbələ”yə yenildik. İndi isə revanş almalıyıq. İlin son görüşüdü deyə, nəyimiz var onu da meydanda göstərməliyik. Qış fasiləsinə turnir cədvəlinin hansı mövqeyində yollanırıqsa, deməli, bu yerə layiqik. Ancaq bundan da yaxşı ola bilərdi. Son nəticəni 2014-cü ilin may ayında görəcəksiz”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31