Ölkə futbolu
Düzgün təməlin bəhrəsi
Son turlar Azərbaycan II Liqasında “Dinamo” fırtınası əsir. Mövsümün əvvəlində heç kimin favorit qismində görmədiyi paytaxt klubu qış fasiləsindən sonra sürət yığıb. II Liqada mübarizə aparan əksər kollektivlərdən heyətinə və büdcəsinə görə geri qalmasına baxmayaraq, “Dinamo” son 4 turda maksimum nəticə göstərib. Paytaxt təmsilçisi bir-birinin ardınca “Qusar” (3:0), “Füzuli” (5:2), “Kür-Araz” (3:1) və “Şimal” (2:0) üzərində qələbə qazanıb. Artıq xallarının sayını 31-ə çatdıran “Dinamo” beşinci pillədə qərarlaşıb. Kollektiv dördüncü yerdəki “Hypers Guba”dan 4, üçüncü olan “Şimal”dan isə 6 xal geri qalır. Mövsümün sonuna 8 tur qaldığını nəzərə alsaq, “Dinamo”nun yekunda üçüncü pillədə qərarlaşması kifayət qədər realdır.
AZƏRBAYCAN FUTBOLUNU DİLDƏ YOX, ƏMƏLDƏ DÜŞÜNƏNLƏR
“Dinamo”nun uğurlu çıxışı heç də təsadüfi deyil. Komanda illər əvvəl atılan düzgün addımların, sağlam təməlin bəhrəsini görür. Bu gün “Dinamo”nun əsasını İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirmələri təşkil edir. Hazırda heyətdə yer alan 25 futbolçudan 14-cü məhz adıçəkilən akademiyanın yetirməsidir.
Xatırladaq ki, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının təməli 2017-ci ildə qoyulub. Adından da məlum olduğu kimi, akademiya Azərbaycanın əfsanəvi futbolçularından olan, SSRİ İdman Ustası, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə futbolunun inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş İsgəndər Cavadovun təşəbbüsü ilə yaradılıb.
Cavadovla yanaşı, akademiyanın fəaliyyətində uzun illər AFFA İcraiyyə Komitəsinin üzvü olmuş, “Bakı” Futbol Klubunun icraçı direktoru kimi çalışmış Yaşar Seyidovun da böyük rolu var.
İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası yarandığı ilk gündən Bakı və ətraf kəndlərdən gənc, perspektivli istedadların üzə çıxarılması üçün çalışıb. Təsadüfi deyil ki, akademiyaya Saray, Xırdalan, Masazır, Pirəkəşkül, Qobu, Hökməli kəndlərindən uşaqlar cəlb olunub və ölkə çempionatında oynamağa başlanıb.
300-dən ÇOX UŞAQ
6-7 il əvvəl akademiyaya seçilən həmin uşaqlar bu gün artıq özlərini göstərirlər. Təbii ki, gənclərin bu səviyyəyə çatmasında İsgəndər Cavadov, Yaşar Seyidovla yanaşı, akademiyada fəaliyyət göstərən məşqçilərin də böyük rolu var. Bu gün İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası və “Dinamo” Futbol Klubu vahid sistemlə çalışır. Yuxarıda da qeyd etdiyimiz kimi, akademiyanın yetirmələrindən 14 nəfəri hazırda “Dinamo”nun heyətində II Liqada çıxış edir. Günü-gündən inkişaf edən futbolçular artıq Azərbaycanın müxtəlif yaş qrupları üzrə gənclər yığmalarına cəlb olunacaq səviyyəyə çatıblar.
Daha əvvəl “Bakı” Futbol Klubunun yerinə yetirdiyi missiyanı bu gün İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası davam etdirir. Bu akademiyada 300-dən çox uşaq futbolun sirlərinə yiyələnir. 10-14 yaş qrupları Respublika çempionatında İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası, 15-19 yaş qrupları isə “Dinamo” adı altında çıxış edir.
AFFA ÜÇÜN HAZIR MATERİAL
İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirmələri, “Dinamo”nun üzvləri arasında bu gün xeyli perspektivli futbolçu var. Məqsəd ən yaxın gələcəkdə həmin oyunçuları Azərbaycan əsas milli komandasına qədər yüksəltməkdir. Qram-qram əziyyətlə, zəhmətlə başlanan iş artıq öz bəhrəsini verir. Bu gün “Dinamo”da adından söz etdirən Aydın İsxanzadə, Fizuli Dəmirov, Orxan Novruzov, Aqil Hüseynzadə, Elvin Əliyev, Məhəmməd Cəfərzadə gələcəkdə Azərbaycan futbolunun əsas simalarına çevrilə biləcək potensialdadırlar.
Xüsusən 17 yaşlı Məhəmməd Cəfərzadəyə ümid böyükdür. Bu günlərdə “Dinamo”nun prezidenti Yaşar Seyidov sportal.az saytına açıqlamasında onun böyük perspektiv vəd etdiyini deyib: “Məhəmməd həm stoper, həm də cinah müdafiəçisi mövqeyində çıxış edə bilir. Onun barəsində tam əminlinliklə deyirəm ki, bizdə gələcəkdə Bəhlul Mustafazadədən daha yüksək səviyyədə olacaq futbolçu yetişir”.
Bu gün əldə olunan nəticələrlə kifayətlənmək olmaz. Bu gənclərin daha da inkişaf etməsi üçün AFFA-nın dəstəyinə ehtiyac var. Məlum məsələdir ki, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası və “Dinamo” çox məhdud büdcə ilə ayaqda durur. Daha da inkişaf üçün isə maliyyə dəstəyi labüddür. Azərbaycan futbolunun inkişafı üçün strategiya müəyyənləşdirən, uşaq futbolunun inkişafını qarşısına məqsəd kimi qoyan AFFA üçün istər İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası, istərsə də “Dinamo” hazır materialdır. Yaxşı olardı ki, AFFA 300-dən çox uşağın futbolun sirlərinə yiyələndiyi İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasına daha çox diqqət və maliyyə ayırsın. Bu halda yaxın gələcəkdə Azərbaycan futboluna yeni İsgəndər Cavadovlar qazandırmaq mümkün olacaq.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:10
DÇ: Millimiz Mozambikə qarşı
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
29.10.2026
28.10.2026
27.10.2026
























