Ölkə futbolu
“Neftçi”yə qarşı ikili standart
“Neftçi” dünən səfərdə “Kəpəz”ə uduzdu. Cari mövsüm flaqman adına, iddiasına uyğun çıxış etmir. Təsadüfi deyil ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasında 25-ci oyununda 10-cu məlubiyyətini aldı. Odur ki, “Kəpəz”ə yenilgi də adi qarşılandı. Baxmayaraq ki, son həftələr “Neftçi”nin mövsümün əvvəli ilə müqayisədə özünə gəldiyini görürük. “Kəpəz”lə matça kimi “ağ-qaralar” son 6 matçdan 5-də qələbə qazanmışdı...
Bəs “ağ-qaralar” dünən niyə uduzdu? Bunun səbəblərindən birini komandanın baş məşqçisi Samir Abasov matçdan sonra təşkil edilən mətbuat konfransında açıqladı: “Qol vura bilmədik. Fürsətlərdən istifadə etmək alınmadı. Hücumçularımız “dişsiz” idilər, epizodlarda baş çıxara bilmədilər. Ələlxüsus da Ağadadaş Salyanski. Ona görə də uduzduq”. Bəli, bu, məğlubiyyətin əsas səbəbidir. Dünən “Neftçi” meydanda həqiqətən də dişsiz görünürdü. Xüsusən də hücum planında...
Amma toxunulası daha bir məqam var. Samir Abasova mətbuat konfransında ünvanlanan bir sual da maraq doğurur: “İntizam Komitəsi "Kəpəz"lə kubok görüşündəki kobudluğuna görə Sambuya iki oyunluq cəza verdi. Düşünmürsünüz ki, "Kəpəz"lə matçdan sonrakı açıqlamanızın bura təsiri oldu?”
Təbii ki, bu sualı ünvanlayan həmkarımız hər hansı iddia ilə çıxış etməyib, əldə fakt olmayanda kimisə birbaşa ittiham etmək də alınmır. Sadəcə ehtimallar üzərində fikir yürüdülür. Lakin sualda həqiqətən də məntiq var.
Birincisi ona görə ki, Sambuya verilən qırmızı vərəqənin haqsız olması öz yerində, iki oyunluq cəza isə daha absurd görünür. Epizodu izləyən hər kəs təsdiqləyər ki, Samir Abasovun dediyi kimi, o epizodda şiddət, qəsdən zərbə endirmək və s. yox idi. Belədə nə üçün “Neftçi”nin aparıcı hücumçusu dünən 2 oyunluq cəzalandı?
Digər bir məqam. Dünən “Kəpəz”in qol vurduğu epizod kifayət qədər mübahisəlidir. Şevroni Mabatşoev həmin anda Rza Cəfərova qarşı kobud oynamır?
Fikrimizcə, burda qapıçıya kobudluq var. Rza və Şevroninin üz-üzə qaldığı epizod qapıçı meydançasının daxilindədir. “Kəpəz”in futbolçusu demək olar ki, “Neftçi”nin qapıçısını tapdalayıb qol vurur. İddia oluna bilər ki, Şevroni Mabatşoev qapıçıya qarşı kobudluq etmir, sadəcə topa zərbə endirir. Ayağını hara çəksin? Bu halda ortaya başqa bir sual çıxır. Çünki birbaşa olmasa da, “Kəpəz”in dünən vurduğu qol müəyyən qədər Bassala Sambanın aldığı qırmızı vərəqəyə bənzəyir. Hər iki halda rəqibə istəmədən belə olsa, təmas var. Bu epizodlarda fərqli qərar qəbul etmək doğru deyil. Ya hər iki epizodda kobudluq var, ya da heç birində. Yəni Sambaya qırmızı vərəqə göstərilirsə, o məntiqlə “Kəpəz”in qolundan öncə də kobudluq var. Yox, Mabatşoevin qolu təmizdirsə, o halda Sambaya niyə qırmızı vərəqə göstərildi?
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:35
Millimiz Mozambikə qalib gəldi
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
29.10.2026
28.10.2026
27.10.2026
























