Ölkə futbolu
AFFA-nın “ədaləti” - yalnız cərimə kəsmək?
AFFA İntizam Komitəsinin “Turan Tovuz” klubuna 20 000 manat cərimə tətbiq etməsi bir daha göstərir ki, assosiasiya real problemləri həll etmək əvəzinə, tənqidi susdurmaqla məşğuldur. Klubun bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gətirdiyi iddia olunur. Amma burada sual yaranır: nüfuzu aşağı salan həqiqətən “Turan Tovuz”un bəyanatı, yoxsa AFFA-nın qeyri-şəffaflığı və ikili standartlarıdır?
Futbol ictimaiyyəti yaxşı bilir ki, Azərbaycan çempionatında oyunların idarə olunması, klublara qarşı münasibət və qəbul edilən qərarlar çox vaxt qeyri-müəyyən və subyektiv olur. AFFA klubları ədalətli idarəçiliklə deyil, sanksiyalarla nəzarətdə saxlamağa çalışır. Görünür, hər hansı bir klub rəsmi mövqeyi tənqid edirsə, ona qarşı dərhal cəza tədbiri tətbiq edilir. Bəs şəffaflığı təmin etmək üçün AFFA özü hansı addımları atır?
Əgər “Turan Tovuz” oyundan bir gün əvvəl yox, məhz oyun günü Şamaxıya getmək qərarı versəydi və “CBC Sport” telekanalı kimi əlverişsiz hava şəraitini və yol durumunu bəhanə edib geri qayıtsaydı, AFFA-nın qərarı necə olardı?
Əgər klub məsuliyyət hiss edir və bir gün öncədən oyunun keçiriləcəyi məkana gedirsə, AFFA da zəhmət çəkib bir gün öncədən ora çəkiliş qrupu göndərməliydi.
“CBC Sport” telekanalının texniki imkanlarının olub-olmaması (əlavə canlı yayım maşınının mövcudluğu və ya yoxluğu) “Turan Tovuz” klubunu maraqlandırmır. Klubu maraqlandıran odur ki, oyun canlı yayımlansın və VAR tətbiq olunsun. Üstəlik, AFFA rəhbərliyi havanın qarlı olacağını öncədən bilirdi. Buna görə də qabaqlayıcı tədbirlər görə bilərdi. Məsələn, AFFA-nın vitse-prezidenti Balakişi Qasımov eyni zamanda İctimai TV-nin rəhbəridir. “CBC Sport” telekanalının texniki imkanlarını nəzərə alaraq, bu sahədə təcrübəli bir şəxs kimi oyunun canlı yayımının təşkili üçün alternativ həll yolları fikirləşə bilərdi. İcarəyə canlı yayım maşını götürüb 1-2 gün öncədən Şamaxıya göndərə bilərdi. Amma AFFA öz təşkil etdiyi çempionatın yayımına qeyri-ciddi yanaşaraq klubun haqq səsini boğmağa çalışır.
Belə çıxır ki, əvvəlki rəhbərliyin zərgər dəqiqliyi ilə işləyib hazırladığı və son 10 ildə canlı yayımla bağlı problemin aradan qaldırıldığı bir vaxtda, bütün oyunların canlı yayımının təşkil edildiyi halda yeni komanda bizi ölkə futbolunun 1990-2000-ci illərin canlı yayım probleminə qaytararaq nostalji hisslər yaşatmaq üçün çalışır...
Bütün bu olanlar onu deməyə əsas verir ki, klub bəyanat yaymaqla təkcə öz hüququnu qorumaqla qalmayıb, eyni zamanda pərdəarxasında baş verən proseslərdən xəbərdar olduğunu incə mesajla ictimaiyyətə çatdırmağa çalışıb. Görünür, AFFA-nı qıcıqlandıran məqam da məhz budur. Ona görə də cərimələməkdən başqa bir mexanizm tətbiq edə bilmir.
P.S. Sən düz 3 il Ehtiram Quliyevin zəhləsini tök, klubu himayayə götürməsi üçün xahiş elə, minnətçi düş, sonda da adam haqq səsini çıxardanda cərimədən yüklə... Ona görə iş adamları, klublara sponsorluq etmək istəmirlər də. Bu münasibəti görən hansı iş adamı bundan sonra Azərbaycan futboluna yaxın durar?
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























