4 Dekabr 2025, Cümə axşamı
"Qəbələ" 1/4 finala yüksəldi (YENİLƏNİR)
Abbasov 1, İliç 4 oyunluq cəzalandı
Abubakar Sergen Yalçına söz atdı
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” 261 gün sonra...

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu 21-ci turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

“Qarabağ” sonuncu dəfə ötən mövsümün “Turan Tovuz”la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.

Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/18 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31