7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Juninyo "Sevilya"dan aldığı təklifə barədə: “Məndən əvvəl klubum var”

"Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo "Sevilya"dan aldığı təklifə ilk dəfə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, hazırda iki klub arasında danışıqlar davam edir.

İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.

Juninyo özü isə "Estadio Deportivo"ya açıqlamasında La Liqa klubunun təklifi ilə bağlı qısaca olaraq deyib: “Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil”.

Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31