5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Elfsborq"un baş məşqçisi: "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var"

"Elfsborq"un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunu haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında matçın çətin keçəcəyini, lakin Ağdam təmsilçisinə qalib gəlmək gücündə olduqlarını söyləyib:

"Qarabağ" güclü komandadır. Onların heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. bu komanda yaxşı oyunçulardan təşkil olunub. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var. Şanslarımızı yüksək qiymətləndirirəm. 2024-cü ildə son görüşümüzə çıxacağıq. "Qarabağ"la matçı səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu oyun bizim üçün uğurlu olacaq".

Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31