1 Aprel 2026, Çərşənbə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Ölkə futbolu

Elmar Baxşıyevdən qələbə şərhi

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında "Mingəçevir"i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis komandasının qələbəsini belə şərh edib: "Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir".

O, qarşıdakı oyun haqda da söz açıb: "Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişdir".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30