3 May 2026, Bazar günü
"Sumqayıt"dan hakimlərə etiraz
“Kəpəz” və "İmişli" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Vernidub: “Bu oyun suyumu çıxardı”

Ölkə futbolu

"Lion"un baş məşqçisi: "Qarabağ" daha çox qol vura bilərdi"

"İlk hissədə "Qarabağ" çoxlu təhlükəli epizodlar yaratdı. Bunu unutmaq olmaz. Biz 2-ci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Lion"un baş məşqçisi Pyer Saj Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Qarabağ"a qalib gəldikləri matçdan (4:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
 
Hesabın oyuna görə olmadığını vurğulayan mütəxəssis Ağdam təmsilçisinin azarkeşləri haqqında xoş sözlər səsləndirib: "Qarabağ" daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi. Stadionda azarkeşlərin davranışı isə yaxşı idi. Bu, oyunun gedişatına müsbət təsir edirdi".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31