Ölkə futbolu
Qurban Qurbanov: “Bütün 90 dəqiqəni intizamlı və diqqətli olmalıyıq”
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Bodo Qlimt"ə qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis rəqibin öz oyun tərzi olduğunu deyib:
"Sabahkı görüşdə, bəlkə də, son vaxtlar oynadığımız komandaların içində ən intizamlı komandaya qarşı oynayacağıq. Demək olar ki, bütün oyunçuları norveçlidirlər. Bu cür intizamlı oyunları və bu klubun, Norveç futbolunun son illərdəki nəticələri onu görsədir ki, bu ölkədə futbol irəli gedib və bu gün də inkişafa davam edir. "Bodo Qlimt"in öz oyun tərzi var. Hər komponentdə diqqətli olmalıyıq ki, onlardan üstün ola bilək. Rəqibin üstün cəhətləri çoxdur. Həm meydança amili, həm son oyunlar nəticələri və s. İnşallah, inanıram ki, futbolçular meydanda ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar".
Qurbanov "Bodo Qlimt"i keçmiş rəqibləri "Tottenhem" və "Ayaks"la müqayisə edib: "Bugünkü gün onları eyni səviyyədə müqayisə edirəm. Həqiqətən də, son vaxtlar oynadığımız ən intizamlı komandalardan biridir. Meydanda bir qapıçı xaric olmaqla, 10 norveçli oynayır. Onlar bir-birilərini hər mövqedə düzgün tamamlayırlar. Yaxşı komandaları var. Görünən odur ki, hər bir futbolçu digərinə hörmətlə yanaşır və digərinin səhvini sığortalamağa çalışır. Hər komandada belə şeylər var, amma “Bodo-Qlimt”də bu, yüksək səviyyədədir. Öz kollektiv oyunlarına görə də böyük komandalara qalib gəliblər. Ola bilər ki, digər komandalarda fərdi keyfiyyətlər daha yaxşıdır, amma komanda oyununa görə "Bodo Qlimt" digərlərindən üstündür".
Q.Qurbanov “Mölde”yə qarşı yaxşı nəticələriniz var. “Bodo-Qlimt”ə qarşı da bunu təkrarlamaq üçün nələr etməlisiniz?" sualına belə cavab verib: “Mölde” ilə matçlarda bir qələbə, bir heç-heçə etsək də, asan olmadı. Bakıdakı oyunda son dəqiqədə hesabı bərabərləşdirmişdik. “Molde” ilə “Bodo-Qlimt”in oyununa baxdım və hesab 3:3 oldu. Eynisəviyyəli, bir-birini çox yaxşı tanıyan komandalardır. Norveç çempionatında səhv etmirəmsə, 16 komanda var və ilk “8-lik”də güclü rəqabət var. Ölkədə futbol olaraq böyük inkişafdadırlar. Həm fiziki, həm taktiki, həm texniki dəyişikliklər edirlər. Onları “Mölde”dən ayırmaq istəmirəm. Sabah qələbə də qazana bilərik, məğlub da ola. Bütün 90 dəqiqəni intizamlı və diqqətli olmalıyıq".
Qeyd edək ki, "Bodo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























