Ölkə futbolu
“Neftçi”nin sabiq “Roma”lısı: “Qarşımızda “Şamaxı” və ya “Qarabağ”ın olması fərq etmir”
“Neftçi”nin müdafiəçisi Mustafa Sekin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının beşinci turunda “Şamaxı” ilə görüşdə heç-heçə (0:0) oynadınız. Qələbə qazanmağınıza nə mane oldu?
- Oyun heç də asan keçmədi. Meydanın durumu da müəyyən çətinliklər yaradırdı. Epizodlarımız var idi. Onları dəyərləndirsəydik, matçın taleyini həll edə bilərik. Lakin yaxaladığımız qol şanslarından faydalana bilmədik. Bütün bunlar da yekunda xal itirməyimizə səbəb oldu. Pozitiv məqamları artırmalıyıq. Bu halda yaxşı nəticələr qazanacağıq.
- “Neftçi”nin 5 oyundan sonra 4 xalı var və komanda qələbəyə həsrətdir. Problem nədədir, nə çatışmır?
- Çatışmayan bircə qələbədir. Bir qələbə qazansaq, ardı gələcək. Ondan sonra qələbələri sıralıya bilərik. İnanıram ki, qarşıdakı matçlarda vəziyyəti dəyişə biləcəyik.
- Autsayder gözü ilə baxılan “Şamaxı” ilə matçda qələbə qazana bilməyən “Neftçi”nin növbəti 2 turda qarşılaşacağı “Zirə” və “Qarabağ”ı məğlub etməsi nə dərəcədə realdır?
- İnanın ki, rəqibin kim olması önəmli deyil. Əsas öz oyunumuzdur. Öz oyunumuzu göstərsək, qarşımızda “Şamaxı” və ya “Qarabağ”ın olması fərq etmir. İnanıram ki, qarşıdakı matçlarda yaxşı nəticələr qazanacağıq. Növbəti görüşlərə pozitiv yanaşıram.
- “Neftçi”yə tam uyğunlaşa bilmisiniz?
- Deməzdim tam adaptasiya olmuşam. Bir qədər vaxta ehtiyac var. Amma çalışıram ki, bu prosesi sürətləndirim. Komanda yoldaşlarım da sağ olsunlar, mənə kömək olurlar.
- Karyeranıza baxarkən “Barselona”, “Latsio”, “Roma” kimi nəhəgnlərin adlarını görürük. Azərbaycana gəlmək barədə çox düşündünüz?
- “Neftçi”nin nümayəndələri ilə danışarkən onlar mənə klub haqda lazımi məlumatları verdilər. Özüm də maraqlandım. Bilirəm ki, “Neftçi” tarixi klubdur, böyük nəticələri var. Bütün bunları nəzərə alaraq gəlməyə qərar verdim. Rəhbərlik tərəfindən uğur qazanmaq üçün hər şərait yaradılıb. Bizə yalnız qələbə qazanmaq qalır.
- Əvvəldən “Neftçi”dən, yaxud digər klublardan kimisə tanıyırdınız?
- Yeganə tanıdığım oyunçu “Zirə”nin qapıçısı Tiaqo Silva idi.
- Azərbaycan çempionatınını səviyyəsini necə dəyərləndirirsiniz?
- Hər çempionatın öz çətinlikləri var. Azərbaycanda keyfiyyətli oyunçular çoxdur. Öz komandamızda ilk növbədə Emin Mahmudovu qeyd edərdim.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
04.11.2026
03.11.2026
02.11.2026
























