3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

15 yaşadək oğlanlar və 17 yaşadək qızlar arasında Azərbaycan çempionatı keçirilib.
 
Futbolxeber.az saytının AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 8 komandanın iştirak etdiyi U-15 oğlanlar çempionatının finalında “Azart” və “Baku Football Academy” komandaları üz-üzə gəliblər. Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan “Azart” yarışın qalibi olub.
 
Turnirin bürünc mükafatına “Səbail” yiyələnib. Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə (“Səbail”) ən yaxşı qapıçı, Yaqub Səmədov (“Azart”) ən yaxşı oyunçu seçilib.
 
U-17 qızların mübarizəsində “Sabah” çempion olub. “Baku Sporting” ikinci, “Əhmədli Yunayted” üçüncü yeri tutub. “Sabah”ın hücumçusu Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva (“Baku Sporting”) ən yaxşı qapıçı, Aylin Kərimova (“Sabah”) ən yaxşı futbolçu adına layiq görülüb.
 
Sonda qaliblər mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın baş məşqçisi Sahib Məmmədov və millinin oyunçuları Orxan Məmmədovla Elçin Qasımov iştirak ediblər. Çimərlik futbolu yarışlarındakı xidmətlərinə görə isə “Qaradağ” komandasının baş məşqçisi Adil Babayev xususi diplomla təltif olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30