21 Iyun 2026, Bazar günü
Bədavi daha bir 1 il “Qarabağ”da
“Zirə”dən yeni qapıçı transferi
“Neftçi”dən yarımmüdafiəçi transferi
"Zirə"də gözlənilməz ayrılıq

Ölkə futbolu

"Neftçi" Çempionlar Liqası üçün 10 futbolçu transfer etdi

“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci mərhələsi çərçivəsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş məşqçisi Siyasət Əsgərov olan “ağ-qaralar” heyətini 10 futbolçu ilə gücləndirib.

Qapıçı: Aytac Şərifova (sonuncu klubu “Trabzonspor” Türkiyə).

Müdafiəçilər: Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə), Güzide Alçu (“Amedspor” Türkiyə).

Yarımmüdafiəçilər: Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou” Yunanıstan).

Hücumçu: Xanım Əsədova (“Sabah”).

Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30