6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurdu

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.

Futbolxeber.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.

“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdir.

“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.

Qeyd edək ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31