5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Ölkə futbolu

Renat Türkiyədə növbəti qolunu vurdu

Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci liqasında 4-cü tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda evdə "İstanbulspor"la qarşılaşıb. Görüş "Ankaragücü"nün 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu oyunda iştirak edib. O, start heyətdə meydana daxil olub və sonadək oynayıb. 25 yaşlı hücumçu matçda fərqlənməyi də bacarıb. Renat 39-cu dəqiqədə komandasının ilk qoluna imza atıb. Bu, Dadaşovun Türkiyə 1-ci liqasında 2-ci qoludur.

Qeyd edək ki, hazırda "Ankaragücü" turnir cədvəlində 6 xalla 8-cidir. "İstanbulspor" isə 9 xalla 2-ci yerdədir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31