Ölkə futbolu
Rəşad Sadıqov: “Dinamo” qədər şanslı olsaydıq...”
“Oyun bizim üçün yaxşı başlamışdı. Meydanda gərgin, bərabərsəviyyəli mübarizə getdi. Müəyyən ərazi üstünlüyü var idi. "Qarabağ" fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyükhesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis rəqibin daha yaxşı oynadığını bildirib: “Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik”.
“Bu gün hiss etdiniz ki, çempionluq mübarizəsində yer ala bilərsiniz?” sualını R.Sadıqov belə cavablandırıb: “Gücləri doğru qiymətləndirmək lazımdır. "Qarabağ" hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Çalışıb mübarizə aparmaq olar. Hər şey uğurlu getsə, mübarizə aparmaq olar. Bu gün nə çatmadı? "Dinamo"nun şansı. Onlar qədər şanslı olsaydıq... "Qarabağ"ın qol epizodu olmayan hücumu qolla nəticələndi. "Qarabağ" üzərində qələbə qazanmaq üçün əlinə düşən epizodları qola çevirməlisən. İlk iki qolda dərhal bizi cəzalandırdılar. Belə olan halda, mübarizə aparmaq çətindir. Futbolçuların əzmkarlığı çox xoşuma gəldi. İsmayil İbrahimli zədədən sonra bu gün ilk dəfə kollektivə qoşuldu. Məcburiyyətdən meydana daxil oldu”.
O, "Zirə"nin futbolçularının milliyə dəvət almasının avrokuboklardakı inamlı çıxışla bağlı olması fikri ilə razılaşıb: “Milliyə yeni baş məşqçi gəlib. Avrokubok matçları onun seleksiya etməsi üçün yaxşı şans idi. Millinin məşqçilərinin diqqətini cəlb etdilər. Mənim üçün sevindirici haldır ki, bizim komandamızdan 5 futbolçu milliyə dəvət ala bilərdi. Yerli futbolçularla bağlı ciddi sıxıntılar yaşayırıq. Yerli oyunçu qıtlığı var. Vaxtımız da azdır. Bilmirəm həll edə biləcəyik, ya yox. Yerlilərlə bağlı seleksiyanı gücləndirməliyik”.
“Zirə”nin baş məşqçisi qeyd edib ki, əlidə alternativ variant olsaydı belə, yenə də Rüstəm Əhmədzadəyə əsas heyətdə şans verərdi: “Yaxşı reydlər etdi. Rüstəmi keçən oyunda 30 dəqiqə oynatmışdıq. Bilirdik ki, "Qarabağ"la matçda yerli oyunçu sarıdan qıtlığımız olacaq. Planımız o idi ki, "Şamaxı" və "Qarabağ" görüşlərində meydanda 90 dəqiqə oynasın”.
Sadıqov futbolçuları bir-biri ilə müqayisə etmək istəməyib: “Elçin yaxşı mənada məni təəccübləndirir. Böyük potensialı var. Bugünkü Elçin "Kəpəz"dəki Elçindən daha yaxşıdır. Çalışqandır, istəklidir. Zərurətdən onu başqa mövqelərdə istifadə edirik. Transferlə bağlı danışıqlar gedir. Ayın 9-na qədər vaxtımız var”.
O, hakimlər barədə bunları söyləyib: “Səmimi qeyd edirəm, hakimlərimiz çox bacarıqlıdır. Əvvəl də demişəm. Şikayətimiz, narazılığımız bir neçə hakimlə bağlı idi. Rəhbərliyə gəldikdə, bəli, hiss olunur. Beş turdur ki, onu hiss edirəm. Ümid edirəm ki, uğurlu traektoriya ilə inkişaf edərlər və Avropa səviyyəsində hakimlərimiz olar. Hakimlər daha soyuqqanlı olub. Keçən il ciddi gərginlik hiss olunurdu. Ümid edirik ki, belə davam edəcək”.
Sadıqov ilk 5 turda digər kollektivlərin çıxışından da söz açıb: “Beş tur keçib, müəyyən şəkil formalaşır. Keçən il ilk beşlikdə olanlar bu il də iddialı olacaqlar. Amma "Araz-Naxçıvan"la, "Turan Tovuz"un apardığı məşqçi və oyunçu seleksiyasından yayda bilinirdi ki, bu sezon daha iddialı olacaqlar. Digər tərəfdən Ayxan Abbasovun "Şamaxı"da qısa müddətdə gördüyü iş sadəcə fantastikadır. Bir ay içində birinci liqadan gələn komandanı güclü formalaşdırmaq üçün böyük bacarıq lazımdır. Onun yerində, əcnəbi olaydı, məsələ daha çox danışılacaqdı. Digər tərəfdən "Səbail" "Neftçi"yə qarşı yaxşı oynadı”.
Milli komandamızın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirdi ki, futbolçuların fiziki hazırlığı klublardakı çıxışlarından asılı olacaq. Rəşad Sadıqov portuqaliyalının bu fikri səsləndirməklə özünü gələcəkdəki mümkün uğursuzluqdan sığortalamaq, günahı klubların üzərinə atmaq fikrinə belə münasibət bildirib: “Bəhanə deməzdim, reallıqdır. Əgər əvvəlki illərlə müqayisə etsək, milli 10-15 gün toplanış keçirdi. Elə olan halda, qlobal fiziki dəyişiklik edə bilməsən də, müəyyən dəyişikliklər olur. Millinin baş məşqçisinin üç gün vaxtı varsa, təbii ki, oradakı fiziki durum bizlərlə bağlı olacaq. Ola bilər ki, futbolçuların fiziki forması yaxşı olsun, oyunda ilk dəqiqələrdə qol buraxsınlar, ruhdan düşsünlər. Ola bilər ki, indiki dövrdə "Qarabağ" və "Zirə"nin oyunçuları çoxsaylı oyunlar keçiriblər, kimsə yorulub. Millinin baş məşqçisi fiziki duruma təsir edə bilməz. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçularla TOP liqalardakı oyunçunun fiziki durumu eyni ola bilməz. Futbolumuz TOP ölkələrlə, ortabab millilərlə başabaş mübarizə aparacaq səviyyədə deyil. Təki futbolçularımız fiziki və psixoloji cəhətdən özlərini yaxşı tərəfdən göstərsinlər, millinin çıxışları uğurlu olsun. Fernandu Santuşa inanıram. Millimiz onun dönəmində uğurlu çıxış edəcək və futbolumuza faydası olacaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
04.11.2026
03.11.2026
02.11.2026
























