5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Kəpəz"in baş məşqçisi: "Bizi ağır iş gözləyir"

"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırov açıqlama verib.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bağırov Gəncə təmsilçisindəki gözləntilərindən danışıb: 
 
“Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir. Çempionatda bütün oyunlarda məğlub olmuşuq, çox da qol buraxmışıq. Çalışıb bunu aradan qaldıracağıq. Vəziyyətlə bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. Gəncənin, “Kəpəz”in Azərbaycan futbolunda xüsusi yeri, əvəzolunmaz mövqeyi var. Burada futbolu həddindən çox sevirlər. İnşallah, Gəncə futbolunun ənənəsini geri qaytarmaq üçün işlər görəcəyik. Yaxşı, döyüşkən komanda formalaşdıraraq düşdüyümüz vəziyyətdən çıxacağıq. Buna inanıram. Hamıdan bu işə dəstək istəyirəm. Azarkeşlər “Kəpəz”in güclü tərəfidir, əsas üstünlüyüdür. Komandamızı ruhlandıraq, qələbələrə səsləyək".
 
Qeyd edək ki, "Kəpəz" Azər Bağırovla iki illik müqavilə imzalayıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31