Ölkə futbolu
Sıfırlarla gedib sıfırlarla qayıdan “Şamaxı”
Azərbaycan Premyer Liqası unikal çempionatdır. Bu unikallığın daha bir göstəricisi dünənki “Şamaxı” - “Neftçi” matçı idi. Çünki çox nadir hallarda olur ki, hansısa komanda yalnız 5-ci turda mövsümdə ilk dəfə öz meydanında oynayır. Gah təxirə salınma, gah da yerdəyişmə “Şamaxı”nın Premyer Liqaya qayıtdıqdan sonrakı ilk matçını xeyli yubatdı. Nəhayət dünən, 5-ci turda bu qayıdış baş tutdu.
Həmkarlarla stadionun ərazisinə daxil olarkən bizi qarşılayan təkcə qapıdakı mühafizəçi yox, həm də zurna-balabanın səsi oldu. Amma stadionda anşlaq olmadığı tribunalara 200 metr qalmışdan da görünürdü. Matçın startına 10-15 dəqiqə qaldığından qalan müddətdə azarkeş axını qeyri-real idi. Odur ki, gözlənilənin əksinə Premyer Liqanın Şamaxıya qayıdışı izdihamla müşayiət olunmadı. Oyunun şənbə günü münasib vaxta təyin edilməsi, rəqibin flaqman “Neftçi” olması da nəyisə dəyişməmişdi. Düzdür, paytaxtdakı oyunlara baxanda stadiona toplaşanların sayı daha çox idi. Amma hər bir halda matçın protokolunda göstərilən 1700 azarkeş sayı şişirdilmiş rəqəmdir.
“Şamaxı” - “Neftçi” matçında 90 dəqiqə ərzində qapılara qol vurulmasa da, azarkeşlərin maraqlı qarşılaşmaya şahidlik etdiyini söyləyə bilərik. Ayxan Abbasovun “Şamaxı”da yaxşı kollektiv formalaşdırdığı hələ əvvəlki oyunlardan məlum idi. “Neftçi” ilə qarşılaşma da bunu bir daha sübut etdi. Heyət baxımından rəqiblər arasında fərq böyük olsa da, 90 dəqiqə ərzində “Şamaxı” bu fərqi mübarizliyi ilə kompensasiya etdi. Meydan sahiblərinin heyətində xüsusən 2 nəfər daha çox seçilirdi. Söhbət Leroy Mikels və Georgi Kantariyadan gedir. Almaniyalı hücumçu istər meydanın mərkəzində, istər ön xətrə rəqibə kifayət qədər problem yaradırdı. Kantariya isə meydanın hər yerində idi. 27 yaşlı yarımmüdafiəçi istər Emin-Quzzo, istərsə də Emin-Rəhman tandeminə başağrısı oldu. Az əvvəl də qeyd etdiyimiz kimi, “Şamaxı” geridə qalan 4 turda kifayət qədər inamlı təsir bağışlayıb. Ayxan Abbasovun işi göz önündədir və bu gedişlə bölgə təmsilçisi qarşıya qoyulan hədəfə - Premyer Liqada qalmağa çətinlik çəkmədən nail olacaq.
O ki qaldı “Neftçi”yə, flaqman barədə həm uzun-uzadı danışmaq olar, həm də çox qısa. Çox yorucu olmamaq üçün qısaca onu demək olar ki, komandada hər şey var - amma ortada nəticə yoxdur. “Neftçi” hər şey edir - amma bircə qol vura bilmir. Qol vura bilməyəndə isə qələbə qazanmaq qeyri-mümkündür. Məlum məsələdir ki, 5 oyunda 2 qol və 4 xal - bu, “Neftçi”dən, Roman Qriqorçukdan gözlənilən deyil(di). Amma yenə də fikrimdə qalıram ki, ukraynalı mütəxəssis “Neftçi”ni düzəldəcək. Yenə də zaman, zaman, zaman. Bəlkə də artıq qarşıdakı matçlarda gözlənilən “Neftçi”ni gördük. Çempionatdakı fasilə Qriqorçuk üçün göydəndüşmədir. Həm komanda daha yaxşı hazırlıq keçəcək, həm də yenilər kollektivə uyğunlaşacaq. Dünən “Neftçi”də debüt edən Dembo Darbo ilk oyundan özünü göstərməyə çalışırdı. Qambiyalı forvard 2 epizodda debütunu qolla qeyd edə bilərdi. Gəl ki, birincidə rəqib qapıçı, ikincidə isə qeyri-dəqiqlik Dembonun sevinməsinə mane oldu...
Bütün bunların yekununda tərəflər meydandan qolsuz bərabərliklə ayrıldılar. Bu, elə bir oyun idi ki, “kimsə 1 xal qazandı, kimsə 2 xal itirdi” demək olmur. Çünki hər iki tərəf qələbə də qazana bilərdi, uduza da. Hər bir nəticə ədalətli hesab olunacaqdı...
Beləcə, təxminən 15 aydan sonra Şamaxı publikası yenə Premyer Liqa matçına şahidlik etdi. Komanda sonuncu dəfə 2023-cü il mayın 22-də doğma meydanda oynamışdı. 2022/23 mövsümündə Premyer Liqanın 35-ci turunda “Qəbələ”ni qəbul edən “Şamaxı” meydandan 0:0-lıq heç-heçə ilə ayrılmışdı. Eynən dünənki kimi...
İbrahim Cəfərov, Şamaxı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
20.09.2026
19.09.2026
18.09.2026
























