Ölkə futbolu
Sadıqov: “Vacib üç xal qazandıq”
“Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Ağır səfər matçından sonra iki komanda da sona qədər əzmkar mübarizə apardı. “Sabah” da qələbə qazana bilərdi. Sadəcə biz epizodlardan daha yaxşı yararlandıq və qalib gəldik. “Sabah”a qarşı səfərdə oynamaq çox çətindir. Şükür Allaha vacib üç xal qazandıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ikinci turunda “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Bu qələbə "Osiyek"lə oyunqabağı əlavə stimul olacaq? Heyətiniz iki cəbhədə uğur qazanmaq üçün yetərlidir?
- İki cəbhə planı cızmırıq. Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdir. Transferlərin iki cəbhə ilə əlaqəsi yoxdur. Heyətin tamamlanması ilə bağlı transfer etmişik. Olsa, bir transfer olacaq. Olmasa da, əlimizdə yetərincə yaxşı futbolçular var.
- Bu günlərdə Eldar Quliyev milliləşdirmə ilə bağlı mətbuata açıqlama verib. Deyib ki, "Azərbaycan pasportu nəyimə lazımdır?" Onunla bu barədə söhbətiniz olub?
- Xeyli söhbətimiz olub. Ukraynada doğulub, özünü oranın vətəndaşı kimi görür. İstəyir ki, Ukrayna millisinə düşsün. Bu, məni sevindirir. Asan deyil. Kim olsaydı, razılaşardı ki, gedim Azərbaycan millisində oynayım. Rəqabət aparır. Şansı da var. Amma soyuq və sərt cavab veribsə, yanlışlığa yol verib. İstəyərəm ki, Eldarı millimizdə görüm. Olmursa da, seçimi Ukrayna yığmasıdırsa, anlayışla qarşılayırıq.
- Rüstəm Əhmədzadənin performansından razısız?
- Rüstəmin oyunundan son dönəmlərdə razıyam. Yaxşı forma əldə etmişdi. Yanvardan sonra zədələndi. Meydanlara üç aya qayıtdı. Təcrübəli fizioterapevt deyirdi ki, belə əzələ zədəsi görməmişəm. Ağır zədə olsa da, döndü. Sırf "Osiyek"lə matça qızdırma ilə çıxmışdı. Salifu Suma cəzalı idi, Rafael Utsiqin ağrıları var idi. Rüstəm yaxşı mübarizə apardı. "Səbail", "DAK 1904" komandaları ilə oyunlarda möhtəşəm oynadı. Bugünkü matçda çox futbolçuda top itkiləri var idi. Meydança qurumuşdu, hamı bunun əziyyətini çəkirdi. Rüstəm çox yaxşı mübarizə apardı.
- Xorvatiyada demişdiniz ki, bizi cavab matçından əvvəl derbi gözləyir. Derbi ab-havası var idi bu gün?
- Hər iki komandada yorğunluq var idi. Amma futbolçular əzmkarlıq göstərdi. Mənim üçün derbi ab-havası var idi. Biz hesabda irəli çıxdıqdan sonra "Sabah" böyük qüvvə ilə irəli atıldı. Rəqibin müdafiəsində boşluqlar axtarırdıq. Mənim üçün derbi ab-havasında keçdi. Bu dəqiqədən sonra "Osiyek"lə oyun haqda düşünəcəyik.
- Premyer Liqada hədəfiniz nədir?
- Biz məşqçilər heç vaxt kifayətlənmirik. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Mən şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçular var. Kollektivimdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidir. Mehribanlıq da həmçinin. Bunu da etmişik.
- "Osiyek"in baş məşqçisi Frederiko Koppitelli bildirib ki, "Zirə"nin qol vuracağı inandırıcı görünmürdü. Bu haqda nə düşünürsünüz?
- Oxumuşam. Dərhal mənə də pis təsir etdi. Məşqçinin açıqlamasını görmüşəm, qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb.
- "Osiyek"in erməni futbolçusu Styopa Mkrtçyanın Bakıya mümkün gəlişi, hansı tərəfə müsbət və ya mənfi təsir göstərə bilər?
- Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da gərginlik olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























