Ölkə futbolu
Dəyişən-dəyişməyən “Neftçi”
Roman Qriqorçuklu, Ramil Şeydayevli, Rüstəm Əfsərlili “Neftçi”... Ərzurum toplanışı zaman qazanılan qələbələr azarkeşlərdə ümid yaratmışdı. Əlbəttə, yoxlama oyunları ilə rəsmi görüşləri müqayisə etmək olmaz. Amma qələbə istənilən halda qələbədir və hər zaman xoşdur...
Bütün bunları nəzərə alaraq ilk turda “ağ-qaralar”ın necə təsir bağışlayacağı böyük maraq doğururdu. Mənim kimi çoxları üçün də ilk turun ən maraqla gözlənilən matçı “Neftçi” - “Turan Tovuz” idi. İrəli gedərək deyim ki, bol qollu startdan sonra (“Araz-Naxçıvan” - “Qarabağ” - 1:4) dünən “Neftçi Arena”da sönük 90 dəqiqəyə şahidlik etdik. Meydanda daha çox mübarizə gedirdi, gözəl, texnikalı oyundan əsər-əlamət yox idi. Qazonun durumu da texnikalı oyuna imkan vermirdi. “Çərçivə”yə endirilən zərbələrin və qol epizodlarının sayı bir əldəki barmaq sayından artıq olmazdı. “Neftçi” yalnız sona yaxın fəallaşdı. Bu zaman “ağ-qaralar” həm rəqib qapısı qarşısında təhlükə yaradırdı, həm də “Turan Tovuz” üçün əks-hücum şansı yaranırdı. Sondakı təzyiqə baxmayaraq, rəqib qapısına yol tapmaq heç cür mümkün olmadı və beləcə, Roman Qriqorçuklu “Neftçi”nin debütdəki qazancı 1 xal oldu.
Təbii ki, ilk turdakı heç-heçəni faciəyə çevirmək olmaz. Çünki mövsümün startıdır və istənilən komandanın ideal da olmasa, formasını 70-80 faiz bərpa etməsi üçün bir qədər zamana ehtiyac var.
Yeni transferlərdən Edvin Kuç və Andrey Ştoqrin ilk matçdan özünü yaxşı tərəfdən göstərdi deyə bilərik. Xüsusən ukraynalı hücumçu seçilirdi. Əminliklə demək olar ki, Ştoqrin qısa zamanda “ağ-qaralar”ın aparıcı üzvlərindən birinə çevriləcək. Lakin digər yeni transfer Ramil Şeydayev meydanda olduğu müddətdə ümidverici nə iləsə yadda qalmadı. Eyni sözləri kapitan Emin Mahmudov barədə də demək olar. 33 yaşlı yarımmüdafiəçinin meydanda varlığı ilə yoxluğu bilinmirdi. Hətta epizodların birində Kristian da Silva “Neftçi”nin kapitanını daşıdığı sarğıya yaraşmayacaq tərzdə elə geridə qoydu ki, sanki qarşısında illərin təcrübəlisi yox, 15 yaşlı yeniyetmə idi... İstər Ramil, istər Emil tezliklə bəslənən ümidləri doğrultmalıdılar. Əks halda çətin olacaq. Həm özləri, həm də “Neftçi” üçün.
Meydandakı yenilənmiş “Neftçi” haqda çox da müsbət fikirlər səsləndirə bilməsək də, meydandan kənardakı “Neftçi”nin “f5” olunduğu hiss edilirdi. Bunda isə yenidən flaqmana geri dönən Rüstəm Əfsərlinin rolu şübhəsizdir. İstər media sektordakı stolların yenilənməsi, istərsə də “Neftçi”nin futbolçularının matçdan sonra miks-zonadan keçməsi mətbuatın işini xeyli asanlaşdırır. Daha əvvəlki kimi futbolçular oyundan sonra qarajdan getmirlər... Düzdür, azarkeş üçün “Neftçi”nin mətbuat xidmətində görülən işlər əhəmiyyətsiz ola bilər. Çünki hər birimiz bilirik ki, azarkeşi komandanın nəticəsi maraqlandırır. Oyunu udmayandan sonra digər məsələlər ikinci plana keçir. Amma sırf mətbuat nümayəndələrinin rahatlığı üçün atılan addımları qeyd etmək də bizim vəzifə borcumuzdur.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























