8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

"Fehervar"ın baş məşqçisi: "Sumqayıt" fiziki cəhətdən çox güclü komandadır"

"Fehervar"ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ı iki oyunun cəmində məğlub edərək növbəti mərhələyə yüksəlməkləri barədə danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu komandalar arasında cavab görüşündə 0:0 hesabı qeydə alınıb. Macarıstan klubu "Sumqayıt"a ilk matçda qalib gəldiyi üçün (2:1) mərhələ adlayan tərəf olub. 
 
Tamaş Peto isə cavab görüşündən sonra "Sumqayıt"ın fiziki cəhətdən güclü komanda olduğunu deyib: "Mərhələ adladığımız üçün çox şadam, əvvəlcədən gözlədiyim kimi, çox çətin matç oldu. Rəqibimiz fiziki cəhətdən güclü komanda idi. Öz komandamda yorğunluq hiss etdim. Buna görə də çoxlu səhvlərə yol verdik. Az oyun keçirmişik. Oyunçuları rotasiya etməyə və komandanı yeniləməyə çalışdıq. Xoşbəxtlikdən, bir neçə mövqedə istifadə edə biləcəyimiz oyunçularımız var".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31