Ölkə futbolu
Gülağa üçün "Bayıl Arena" - Ərzurum - "ASCO Arena" "marşrutu"
Söz vaxtına çəkər deyiblər. Yay ayları, bəlkə də elə iyul idi. Ay dəqiq yadımda qalmasa da, ilini xatırlayıram - 2015. U-12-lərin ölkə çempionatının finalında həmin vaxt ölkədə uşaq futbolunda dəbi müəyyənləşdirən, əsas söz sahibi olan iki klub - “Bakı” və “Qəbələ” üz-üzə gəlirdi. Məkan o vaxtkı adı ilə “Bayıl Arena” (indiki “ASCO Arena”) idi. Matçı o zaman “Bakı”nın icraçı direktoru olan, indi II Liqada yarışan “Dinamo”ya rəhbərlik edən Yaşar Seyidovla birgə izləyirdik. Görüşün gedişatı indiyə kimi yadımdadır. “Bakı”nın heyətində fiziki göstəricilərinə görə həmyaşıdlarından heç də fərqlənməyən bir uşaq finalın taleyini demək olar ki, təkbaşına həll etdi. Vurduğu 2 qolla “Bakı”ya qələbə, çempionluq qazandırdı. Xüsusən qollardan biri möhtəşəm alınmışdı. Bəlkə də mübaliğə deyəcəksiz, amma indi o videonu izləyən tanımayan biri “elə bil Lionel Messinin uşaqlığıdı, ya da Yaminel Lamalın” deyər. Hər halda 12 yaşda finalın taleyini təkbaşına həll etmək üçün xüsusi istedad sahibi, yaşıdlarından seçilən biri olmalısan. Dərhal uşağın kimliyini soruşdum, dedilər Gülağadı, Arif Əsədovun oğlu. Həqiqətən də 12 yaşlı Gülağanın oyununa heyran qalmamaq qeyri-mümkün idi. Əslində, “Bakı”da çox istedad görmüşəm - Namiq Ələsgərovundan Mahir Emrelisinə (o vaxtlar Mədətov idi), Rəhman Hacıyevindən Vüqar Bəybalayevinə, Hacı Əhmədovundan Vüqar Mustafayevinə kimi (siyahını xeyli uzatmaq da olar)... Amma o yaşda sadaladıqlarımın heç birində Gülağadakı texnika, sürət, driblinq olmayıb.
“Bakı”nın dağılması Gülağa kimi onlarla, yüzlərlə gənci, istedadı özünə yeni klub axtarmağa məcbur qoydu. 1 il sonra kiçik Əsədov artıq “Əlincə”də idi. Sonra “Qəbələ”yə üz tutdu. Zaman-zaman U-15, U-17, U-19 millimizdə oynadı və əksər azərbaycanlı yeniyetmələr kimi karyerası yüksələn xətlə deyil, üzüaşağı getdi. Ötən mövsüm I Liqada, “İmişli”də forma geydi...
Hər dəfə dostlarla, həmkarlarla istedadlı, erkən yaşda parlayıb, sonradan “itən” azərbaycanlı futbolçularla bağlı danışanda ilk xatırladıqlarımdan biri olub Gülağa. Hətta bir neçə ay əvvəl bu yazının girişində nəql elədiyim U-12-lərin finalı ilə bağlı xatirəmi Gülağanın böyük qardaşı Cavidlə də bölüşmüşdüm. Bu cür söhbətlərin həmişə sonu "heyif o cür istedaddan"la bitir. Amma Gülağanın bu sonluğu dəyişmək üçün gözəl şansı var...
Srağagün “Səbail” PFK heyətini daha 2 futbolçu ilə gücləndirib” başlıqlı xəbər gözümə dəydi. Əlirza Müştəbəzadənin paytaxt klubunun düşərgəsində olduğunu bilirdim. Amma Gülağa ilə müqavilə imzalanması xoş sürpriz oldu. Dərhal gözlərim önündə 9 il əvvəlki final canlandı. Mənim kimi, bir çoxları Gülağanı məhz “ASCO Arena”dakı həmin 2015-ci ildəki finalda tanıyıb. İndi 21 yaşında Əsədov yenidən “ASCO Arena”ya qayıdır. Bəlkə də bu, bir təsadüfdür, bəlkə də zərurət. Bu, son şans da ola bilər, yeni başlanğıcın startı da. Hər şey sənin özündən asılıdır, Gülağa. Yuxarıda da qeyd etdiyim kimi, son illər sənlə bağlı bütün söhbətlərin sonu "heyif o cür istedaddan" olub. İndi sənin bu təəssüfü aradan götürmək, yenidən özündən söz etdirmək şansın yaranıb. Sənə inanan, güvənən, özünü yenidən isbatlamağın üçün şans yaradan “Səbail”in, Şahin Diniyevin ümidlərini puç etmə, çalış bu fürsəti boşa vermə. Çünki Tanrı heç də hər bəndəsinə ikinci şansı vermir...
İBRAHİM
P.S. Bu cızma-qara “dünyaya gələn” dəqiqələrdə “Səbail”in “Hatayspor”la yoxlama görüşü başa çatır - 1:1. Dərhal qolun müəllifi ilə maraqlanıram - “Cabir ötürmə verdi, Gülağa vurdu”...
Start ümidləndiricidi...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
04.11.2026
03.11.2026
02.11.2026
























