Ölkə futbolu
Rəşad Sadıqov: “Karyeram boyunca tənqidlərlə rastlaşmışam”
“Çox emosional oyun idi. Futbolçularım son saniyələrə qədər soyuqqanlı şəkildə, ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mücadilə verən rəqib var idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 36-cı turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, futbolçuların üzərin stress olduğunu söyləyib: “Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazanmaq istəyirdik. Futbolçuların üzərində stress var idi, buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, axırda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik”.
Avrokuboklar uğrunda mübarizənin gərgin keçməsinin "Zirə"yə Avropa Liqasında fayda verib-verməyəcəyi barədə R.Sadıqov bunları söyləyib: “Bu, mübarizənin içində olan bütün komandalar üçün faydalıdır. Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda "Bakı" səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, digər tərəfdə "İnter" qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq”.
“Avropa Liqasına vəsiqəni təmin etdiniz. Komandanı "Qarabağ"la kubok matçına kökləmək çətin olmayacaq?” sualını mütəxəssis belə cavablandırıb: “Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. "Qarabağ"ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda "Qarabağ"dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi”.
Sadıqov gələcəyini "Zirə"də gördüyünü bildirib: “Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, sonluğu gözləyək. Keçən il avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Mənim planlarım "Zirə" ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm”.
“Zirə”nin çalışdırıcısı qeyd edib ki, yaşlandıqca mətbuatdan uzaq qalmağa çalışır: “Nəyə görə tənqid olunmağımız barədə dolğun məlumatım yoxdur. Bilirəm ki, oyunumuzla bağlı nəsə fikirlər olub. Bunu şərh etmək istəmirəm. Heyətdə itkilərimiz çox idi, rotasiyalar edə bilmirdik. Rəhbərlik qışda əlavə büdcə ayırıb transferlər etməyə şərait yaratdı. Kiməsə cavab vermək istəmirəm. Mən karyeram boyunca tənqidlərlə rastlaşmışam. Fikrimi ancaq öz işimə kökləmişəm”.
Sadıqov komandasının müdafiə futbolu oynaması barədə səslənən fikirlərə də toxunub: “Futbolçulardan soruşun, mən 80 faiz hücum üzərində işləyirəm. Bəli, hər futbolçudan müdafiə olunmağı tələb edirəm. Bu, müasir futbolun kriteriyalarıdır. "Qarabağ"la, "Sabah"la müdafiədən oynamışıq. Amma "Neftçi"yə qarşı 4 oyun keçirmişik. Evdə oyunu qura bilmədik, müdafiədən oynadıq. Amma digər 3 matçda biz daha aktiv olmuşuq, hücum etmişik. Ola bilər əla futbol oynamamışıq. Müqayisə olaraq deyə bilərlər ki, filan komanda sizdən daha yaxşı idi. Amma mən o fikirlə razı deyiləm. 36 oyundan dördündə komandadan narazı olmuşam. Digər matçlarda topa nəzarət bizdə olub, hücumlar etmişik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























